BAKU Azərbaycan
25.66 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Vətən müharibəsində ölkəmizin qələbəsindən iki il ötməsinə baxmayaraq bölgədə hələ də sabitlik tam olaraq bərqərar olmayıb. Daha dəqiq desək cənubi Qafqaza sabitliyin gəlməsinə maraqlı olmayan dairələr yenə də öz çirkin planlarını həyata keçirmək üçün əsirlərdir maşa kimi istifadə etdikləri ermənilərə yeni xüsusi tapşırıqlar verərək onların əli ilə bölgədə təxribatlar törətməyə başlayıblar". Bu fikri Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Xeber 7”ə bildirib.

Tahir Mirkişili deyib ki, son günlər bölgədə təxribatların sayı daha da artıb: "Buna səbəb isə ölkəmizin Avropa İttifaqı ilə imzaladığı müqavilə və aparılan digər uğurlu siyasətə qarşı barışmaz mövqe nümayiş etdirmələri və ölkəmizin uğurlarına qısqanclıqla yanaşmadır. Azərbaycan faktiki olaraq regionun lider dövləti olduğunu sübut etmiş və regionda iqtisadi layihələrə rəhbərlik edən bir ölkədir. Əlbəttə ki, bütün bu kimi uğurlarımız bizə düşmən olan xarici dairələrin ürəyincə olan bir proses deyil. Ona görə də bölgədə hərbi terrorçu dəstələrə malik olan ermənilərdən maşa olaraq istifadə edirlər. Əslində isə bölgədə yerləşdirilən sülhməramlılar bu cür təxribatlara mane olmalı və terrorçu dəstələrin bölgədən çıxarılmasını təmin etməlidir. Ancaq görünən odur ki, həmin sülhməramlılar ya bu terrorçu dəstələrdən çəkinirlər, ya da onalrın bu cür təxribatçı fəaliyyəti orada yerləşdirilən sülhməramlıların ürəyincədir. Məhz onların yarıtmaz fəaliyyətinin nəticəsidir ki, bu günlərdə Müzəffər Azərbaycan Ordusunun igid əsgəri bölgədə qeyri-qanuni yerləşdirilmiş erməni hərbi terrorçu dəstələrinin təxribatları nəticəsində şəhid olmuşdur. Buna cavab olaraq isə Azərbaycan öz konstitusiyon və beynəlxalq hüquqa dayanaraq və bağlanmış üçtərəfli müqavilənin müvafiq maddələrinə əsaslanaraq  öz ölkəsi ərazisində anti-terror əməliyyatları keçirmək hüququndan istifadə edir. Buna görə də Azərbaycana heç bir xarici ölkə təsir edə bilməz. Çünki ordumuz hansısa dövlətin ərazisində deyil, öz sərhədləri çərçivəsində anti-terror əməliyyatı həyata keçirir. Artıq yeni bir Azərbaycan var! Bunu anlamayanlar öz başlarında daim Dəmir Yumruğu görəcəklər!”

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər