BAKU Azərbaycan
27.74 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Cənubi Qafqazı barıt çəlləyinə döndərmək istəyən Qərb dövlətləri bunun üçün bacardıqları hər şeyi edirlər. Azərbaycanda siyasi sabitliyi, xalq-dövlət birliyini poza bilməyən dairələr öz çirkin siyasətlərini Gürcüstan və Ermənistanda həyata keçirməyə çalışırlar. Ermənistanı silahla təmin etməklə, Gürcüstanda isə siyasi qarşıdurma yaratmaqla Cənubi Qafqazda sülh və sabitliyi pozmağa çalışan qüvvələrin bu oyununa Azərbaycan seyrçi qala bilməz, çünki aparılan çirkin siyasətin mənfi təsirləri bizim də təhlükəsizliyimizi təhdid edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Avrasiyada, xüsusilə, nəqliyyat qovşaqlarını nəzarətdə saxlamaq üçün regionun hər üç ölkəsində iğtişaşlar törətmək niyyətində olan Qərb bütün həssas dönəmlərdə, o cümlədən COP29 ərəfəsində Azərbaycana qarşı fəaliyyətini gücləndirsə də, evə yenə əliboş qayıtdı: “Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqın ona etimadı hər cür pis planların pozulmasında əsas faktordur. Yunanısan, Hindistan, Fransa və ABŞ-dan aldığı silahlardan ruhlanaraq yenidən baş qaldırmağa çalışan İrəvan qonşuları ilə münasibətlərini gərginləşdirir ki, bu da onu sülhdən uzaqlaşdırır. Məşhur rus yazıçısı Çexovun məşhur deyimi var: “Əgər teatr tamaşasında birinci səhnədə divardan tüfəng asılıbsa, əmin olun ki, son hissədə həmin silahdan atəş açılacaq”. Əgər Ermənistan bu gün sürətlə silahlanırsa, deməli, nə vaxtsa ondan istifadə edəcək. Kimə qarşı? Şübhəsiz ki, o silahlar Ermənistanın döyüş meydanında biabırçı şəkildə uduzduğu Azərbaycana qarşı tuşlanacaq. Artıq biz Ermənistanda buna hazırlığın işartılarını görürük. Son günlər Ermənistan hərbçilərinin Yuxarı Şorca (Basarkeçər rayonu) kəndində yeraltı tunellər qazması, Yunanıstanın Ermənistana zenit-raket sistemləri, o cümlədən “S-300”lər verməsi bizi narahat etməyə bilməz. Bakı bütün bu təxribatlar, pozuculuq oyunlarına imkan vermək niyyətində deyil. Çünki biz Ermənistanın silahlanmasının acı nəticələrini bir neçə dəfə dadmışıq. Biz tarixi səhvlərimizi bir daha təkrarlamaq istəmirik”. 

Mehriban Vəliyeva Gürcüstanda baş verən siyasi qarşıdurmanın ssenarilərinin də Qərb paytaxtlarında hazırlandığını vurğulayıb: “Qərb müstəqil xarici siyasət yürütmək istəyən Gürcüstan hökumətinin iradəsini qırmaq, özünün təsiri altına salmaq üçün hər cür təhdid vasitələrindən istifadə edir. 

Gürcüstanda “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının əldə etdiyi qələbəni tanımayan Qərb seçkinin nəticələrindən məyus oldu. Hələ bir müddət öncə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə müzakirəsindən sonra hərəkətə keçən Qərb dairələri özünün proksi və trol ordusunun gücündən istifadə etməklə Tbilisidə aramsız aksiyalar təşkil etdi. Bu aksiyalar hazırda daha radikal formada davam etdirilir. Ermənistandan sonra Gürcüstanda oyuncaq hökumət formalaşdırmaq istəyən Qərb dövlətləri Cənubi Qafqazı Rusiya ilə mübarizə poliqonuna çevirmək istəyir. Ukraynanı “ağ günə” çıxaran Qərb indi də eyni ssenarini Gürcüstanda təkrarlamaq istəyir. Nə yaxşı ki Gürcüstan hökumətində oynanılan çirkin siyasətin mahiyyətinə varan və ona qarşı çıxan qüvvələr var. Öncə qeyd etdiyimiz kimi, Cənubi Qafqazda oynanılan çirkin siyasət bizi narahat etməyə bilməz. 

Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. “Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!” 

Prezidentin bu çağırışı hər zaman üçün aktualdır və regionu qarışdırmaq istəyən Qərb dairələrinə ciddi mesajdır”.

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər