BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bu məsələdə məsuliyyət ilk növbədə reklam şirkətləri, dizaynerlər, sifarişçilər və nəzarət orqanlarının üzərinə düşür

XXI əsr informasiya və ünsiyyət əsridir. Bu dövrdə yazılı sözün rolu daha da artmış, cəmiyyətin vizual yaddaşında özünə möhkəm yer tutmuşdur. Xüsusilə də açıq məkan reklamları – afişalar, elanlar, bannerlər və vitrin yazıları insanların gündəlik həyatında mütəmadi qarşılaşdıqları vizual ünsiyyət vasitələrindəndir. Lakin təəssüf ki, bu sahədə dilimizə qarşı etinasız münasibət, dil normalarının pozulması halları geniş yayılmışdır.

Bugünkü reallıq göstərir ki, reklam lövhələrində tez-tez fonetik, leksik, qrammatik və üslubi səhvlərə rast gəlinir. Bəzən sözlərin düzgün yazılışı gözlənilmir, bəzən də cümlə quruluşu təhrif olunur. Hətta xarici dillərdən – əsasən də ingilis və rus dillərindən – alınma sözlər məqsədəuyğun olmayan formada və ya tərcüməsiz şəkildə reklam mətnlərinə daxil edilir. Belə hallarda təkcə ədəbi dil normaları pozulmur, həm də milli-mədəni kimliyimizin təməli olan ana dilimizin nüfuzu zədələnir.

“Reklam mətnləri yalnız kommersiya məqsədi daşımamalıdır”

AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin aparıcı elmi işisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirova bildirib ki, reklamlar gündəlik həyatımızın tərkib hissəsidir desək, yanılmarıq: “Bu gün biz reklamları çox yerdə müşahidə edirik: şəhərimizin küçə və prospektlərində, televiziya və radioda, çap və elektron mediada, internet məkanında, yerüstü və yeraltı ictimai nəqliyyatda, mobil tətbiq proqramlarında və s. Cəlbediciliyi, palitrası, rəngarəngliyi və təəssüf ki, qüsurları, norma pozuntuları ilə birlikdə.

Açıq məkan reklamlarının mətnlərində, elan və afişalarda səhvlərin olması, dilimizin üslubi imkanlarından yetərincə istifadə edilməməsi, fonetik, leksik və qrammatik tələblərin gözlənilməməsi ana dilimizə biganə münasibətin göstəricisidir. Cəmiyyət həyatının bütün sahələrinə nüfuz edən reklamlar onu hazırlayan mütəxəssislərin Azərbaycan dili biliklərinin səviyyəsini göstərməklə yanaşı, dilimizin leksik-üslubi və ekspressiv-emosional vasitələrindən istifadə etmək bacarığını da nümayiş etdirir. Deməli, reklamlar həmçinin şəhərimizin dil mənzərəsini əks etdirən aynadır”.

Reklam mətnləri yalnız kommersiya məqsədi daşımamalıdır. Onlar həm də dilin estetik imkanlarını nümayiş etdirən vasitələrdən biri olmalıdır. Yaxşı tərtib olunmuş reklam yalnız məhsulu və ya xidməti tanıtmır, eyni zamanda cəmiyyətdə dilə və mədəniyyətə hörmət hissi formalaşdırır. Əksinə, tələsik və səthi yazılmış reklam mətnləri oxucuda çaşqınlıq yaradır, dilin dəyərini aşağı salır.

Bütün bunlar ana dilinə olan münasibətin göstəricisidir. Dilə olan biganəlik, əslində, milli kimliyə və mədəni irsə qarşı laqeydlik deməkdir. Bu baxımdan, reklam və ictimai yazılarda dilin düzgün işlədilməsi təkcə estetik deyil, həm də mənəvi məsuliyyət məsələsidir. Gülarə Əmirovanın fikrincə, bu gün reklamların dilində şəhərimizin milli siması tanınmaz dərəcədə dəyişib: “Reklamların dilində şəhərimizin milli simasının dəyişilməsi prosesi ötən əsrin son onilliyinə təsadüf edir. Həmin dönəmdə sahibkarlığın inkişafı ilə bağlı reklam müxtəliftəyinatlı müəssisələrin fəaliyyətində, həmçinin xidmət sferasında zəruri şərtə çevrilmişdi. Reklamçılıq sahəsində kifayət qədər təcrübə olmadığından və satışın stimullaşdırılması başlıca hədəf seçildiyindən ədəbi dil normalarına o qədər də məhəl qoyulmurdu. Görkəmli dilçi alim, akademik Ağamusa Axundov vaxtilə bu münasibətlə demişdi: “Son illər ölkəmizdə özəl müəssisələrin sayı artır. Çox qəribədir ki, hərə öz müəssisəsinin önünə nə istəyirsə, onu da yazır. Buna bir nəzarət lazımdır. Axı o müəssisə sənin olsa da, onun qarşısında yazılan millət üçündür, bunlardan azərbaycanlılar istifadə edirlər. Bəs nə üçün ana dilindən istifadə edilmir, buna da milli qeyrət lazımdır?!”

Bu gün şəhərimizin küçə və prospektlərində ard-arda düzülən yüzlərlə ticarət, ictimai-iaşə obyektlərinin adlarının əcnəbi sözlərlə ifadə edilməsini, məlumat, reklam xarakterli mətnlərdə ciddi yazılış qüsurlarının olmasını görəndə qəlbində Azərbaycan dili sevgisi olan, azərbaycançılıq ideologiyasına sadiq hər bir Azərbaycan vətəndaşı, hər bir soydaşımız mənəvi sarsıntı keçirir. Dil təəssübkeşliyi məsələsinə gəlincə tək-tək də olsa müəssisə və obyektlərin doğma dilimizdə adlandırılmasını görürük: “Çiçəkçi”, “Əlaçı”, “Dolma”, “Zəfəran”, “Bal kimi”, “Boranı”, “Çinarlı”, “Şirniyyat evi”, “Ağıllı bala”, “Şorqoğalı”, “Şarlar aləmi. Oyuncaqlar” və s. Məgər bu adlar bizə daha doğma deyilmi? Nə yaxşı ki, hələ milli ruhlu, ana dilimizin təəssübünü çəkən iş adamlarımız, sahibkarlarımız var.

İstehlakçı ilə əlaqə qurmaq, məhsul və xidmət haqqında məlumatı ona daha anlaşıqlı, səlis bir dildə çatdırmaq üçün reklamların hazırlanmasında vacib olan digər şərtlərlə yanaşı Azərbaycan ədəbi dilinin normalarına əməl olunması da zəruri amillərdəndir.

O bildirib ki, AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsi olaraq mütəmadi olaraq Azərbaycanda, xüsusən Bakı şəhərinin müxtəlif rayonlarındakı açıq məkan reklamlarını monitorinq edir. “Bu fəaliyyət zamanı mağaza, dükan, ictimai-iaşə obyektləri, idman, sağlamlıq, tədris, gözəllik və estetik mərkəzləri, istirahət və əyləncə məkanları, klinika və tibb məntəqələrinin adlarında, onlara məxsus lövhələrdə, eləcə də sosial xarakterli mətnlərdə müşahidə edilmiş fonetik, leksik, qrammatik norma pozuntuları, üslub və ifadə səhvləri qeydə alınıb”, – deyə əlavə edib.

İctimai məsuliyyət və mədəniyyət göstəricisi

Bu məsələdə məsuliyyət ilk növbədə reklam şirkətləri, dizaynerlər, sifarişçilər və nəzarət orqanlarının üzərinə düşür. Hər bir reklam mətni dilçi-redaktorlar tərəfindən yoxlanmalı, normativ qaydalara uyğun hazırlanmalıdır. Eyni zamanda, aidiyyəti dövlət qurumları – xüsusən də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və digər nəzarət strukturları dil normalarının qorunması üçün ciddi nəzarət və maarifləndirmə tədbirləri həyata keçirməlidir.

Açıq məkan reklamlarında dilin düzgün və səlis işlədilməsi təkcə texniki məsələ deyil, bu, milli dəyər və ictimai mədəniyyət məsələsidir. Ana dilimizin saflığını qorumaq, onu hər sahədə – o cümlədən reklam və vizual ünsiyyətdə – düzgün və estetik formada təqdim etmək hər birimizin borcudur. Dilimizə olan münasibət, əslində, özümüzə olan münasibətdir. Ana dilimiz bizim kimliyimiz, tariximiz və gələcəyimizdir. Ona sahib çıxmaq, onu qorumaq və təbliğ etmək isə hər bir vətəndaşın borcudur.

 

Cavid Şahverdiyev

Yazı Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər