BAKU Azərbaycan
25.63 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 25 avqust 2025-ci il tarixində “Azərbaycan Tarix Qurumu” ictimai birliyi Şabran rayon Heydər Əliyev Mərkəzində tədbir keçirmişdir. “Qərbi Azərbaycana Qayıdışın ideoloji əsaslarının möhkəmləndirilməsi” mövzusunda keçirilən tədbirdə layihə rəhbəri, t.e.d., professor Tofiq Mustafazadə, sosioloq s.e.ü.f.d., dos. Hüseyn İbrahimov, ekspert, t.ü.f.d., dosent Mahir İbrahimov, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan İsgəndərova, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev və digər iştirakçılar çıxış etmişlər. Tədbirin açılışını edən rayon icra hakimiyyətinin rəsmisi Turan İsgəndərova Qərbi Azərbaycana Qayıdışın dövlət siyasətində mühüm rol oynadığını vurğulamış, xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş torpaqlarımızda məcburi köçkünlər məskunlaşdıqdan sonra qarşımızda duran əsas məsələlərdən biri keçmiş ədaləti bərpa etmək, Qərbi Azərbaycan torpaqlarına soydaşlarımızı qovuşdurmaq olduğunu söyləmişdir. Çıxış edənlərdən Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Böyük Qayıdış” konsepsiyası Qərbi Azərbaycana qayıdış ideyasını artıq yalnız tarixi yaddaş deyil, real siyasi hədəf səviyyəsinə yüksəldiyini qeyd etmiş və Cənab Prezidentin bu məsələyə beynəlxalq tribunalarda xüsusi diqqət ayırması, beynəlxalq hüquq çərçivəsində atdığı məqsədyönlü addımlar soydaşlarımızın doğma yurdlarına qayıdacağına olan inamı daha da möhkəmləndirdiyini vurğulamışdır. Tədbirdə o da qeyd edildi ki, ölkə başçısı cənab İlham Əliyevin Qərbi Azərbaycanlıların Qayıdışı konsepsiyasının reallaşması istiqamətində qarşıya qoyduğu vəzifələr bu sahədə vətəndaş cəmiyyətinin və xüsusi elmi fəaliyyəti olan təşkilatların rolunu gücləndirməyi zəruribedir. Bu tarixi Konsepsiya Qərbi Azərbaycana Qayıdışın mühüm mərhələsi kimi diqqətə çatdırıldı. Hal-hazırda indiki Ermənistan ərazisində yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Qərbi azərbaycanlılara məxsus yer adlarının, çayların, göllərin, dağların adları və digər mədəniyyət nümunələri saxta erməni toponim adları ilə dəyişdirilmiş, digərlərini isə ermənilər qonşu İran və başqa xalqların abidəsi kimi dünya ictimaiyyətinə təqdim edirlər. Bu təkcə Azərbaycan xalqına deyil, ümumbəşəri dəyərlərə qarşı törədilmiş mədəni vandalizm aktıdır. Bu istiqamətdə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında vətandaş cəmiyyəti, media və elmi tədqiqat institutlarının birgə əlaqələndirilmiş fəaliyyətinə böyük ehtiyac var. Tədbirdə bu nəticəyə də gəlindi ki, belə sistemli tədbirlər metodu Qayıdış Konsepsiyasından irəli gələn prinsiplərin işlənilməsi və gerçəkləşməsini sürətləndirməlidir.

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər