BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanda turizm sektoru son illərdə həm dövlət dəstəyi, həm də özəl təşəbbüslər hesabına yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə fəaliyyət göstərən şirkətlər arasında fərqli yanaşması, milli-mənəvi dəyərlərə verdiyi önəm və peşəkar xidmət prinsipləri ilə seçilən King Travel Group da diqqət çəkən turizm şirkətlərindən biridir.

Şirkətin yaranma hekayəsi, ölkə turizminin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri və rəqəmsal texnologiyaların sektora təsiri ilə bağlı suallarımızı King Travel Group-un rəhbəri Ceyhun Qənbərov cavablandırıb. O, müsahibədə, həmçinin Azərbaycanın turizm potensialı, xarici turistlərin cəlbi istiqamətində görülməli işlər və gələcək layihələr barədə maraqlı fikirlər səsləndirilib.

- Öncə özünüz haqda danışmağınızı istərdik. Sizin üçün turizm sahəsinə maraq necə yarandı və bu sahədə fəaliyyətə başlamağınıza nə motivasiya verdi?

- Mən, Ceyhun Qənbərov Mehman oğlu. Turizm sahəsinə maraq məndə hələ tələbəlik illərindən yarandı. Bu sahədə özümdə bir potensial gördüm. Belə ki, rus, ingilis, ərəb və türk dillərində sərbəst danışdığıma və təhsil aldığıma görə, eləcə də turizm sahəsində bir sıra xarici dil bilməyin üstünlük olaraq görülməsindən yararlanıb özümü bu sahədə sınamağa qərar verdim. Ani Tour türk turizm şirkətində tərcüməçi kimi fəaliyyətə başladım. Bir neçə aydan sonra adı Fərdin Ercan olan bir şəxslə tanış oldum. Çalışdığım şirkətdə yüksək vəzifə tuturdu. O da məndə turizm sahəsinə marağı, həvəsi gördü və mənim bu sektorda irəliləməyim üçün çox köməklik göstərdi. Fərdin müəllimin mənə vermiş olduğu dəstəyi və inamı mənə yüksək motivasiya oldu, bu sahədə xeyli təcrübə qazandım.

- King Travel Groupın yaranma hekayəsi necə olub?

- Azərbaycana gəldikdən sonra uzun illər maliyyə, ticarət, logistika və idarəetmə sahələrində çalışdım. Ancaq turizm sahəsinə olan sevgim, o sahədə çalışmaq həvəsim heç bir zaman azalmadı. Bir gün yenidən bu sahəyə qayıdacağımı qərarlaşdırdım. Yeganə sahədir ki, saatlarla dayanmadan çalışsam da yorulmuram, özümü daim həvəsli və rahat hiss edirəm. Allahın qisməti Vüsal Allahverdiyevlə tanış oldum. O da turizm sahəsində çalışırdı biz tanış olanda. Onunla fikirlərimi paylaşdım. O da məmnuniyyətlə qarşıladı və öz fikirlərini bildirdi. Bir müddət bərabər olaraq turizm layihəsi hazırladıq və bu sahədə bərabər qərarlar alaraq fəaliyyətə başladıq. King Travel Group bu şəkildə formalaşdı.

- Azərbaycanda turizm sektorunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda turizm sektorunun hazırki vəziyyətini qiymətləndirəcək olsaq, deyə bilərik ki, bu sahəyə dövlət tərəfindən kifayət qədər maraq və dəstək var. Müxtəlif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi turizm sektorunə öz töhfəsini verib. Sonrakı məsələ bu sektorda fəaliyyət göstərən şirkətlərin davamlı və mütəmadi olaraq xarici qonaqların cəlb olunması yönündə strateji addımların atılması yönündə olmalı idi. Lakin burada bir nizamsızlıq görülür. Bir sıra amil var ki, indi mən burda qeyd etmək istəmirəm, Allahın izni ilə qaydasına düşər. Bu da zaman tələb edir, əlavə xərc, nizam-intizam, davamlılıq tələb edir. Ancaq yalnışı ilə, doğrusu ilə bir bazar formalaşıb. Düşünürəm ki, bunun özü də inkişaf mərhələsindədir. Bundan sonra daha yaxşı olacağını təmənni edirik.

- Sizcə, Azərbaycanın turizm potensialı ən çox hansı istiqamətlər üzrə inkişaf edə bilər?

- Turizm sahəsində hər şeyi etməkdənsə bir istiqamətdə fokuslanmaq hər zaman daha aktual olmuşdur. Turizm üzrə istənilən dünya brendinə nəzər salsaq görərik ki, bütün turizm sahələrini əhatə etmir. Bir, ən çox halda iki seqmentdə fokuslanaraq fəaliyyət göstərirlər. Bunun sayəsində həm öz işlərinin peşəkarı olurlar, həm də qlobal brend olaraq özlərini tanıtdırmağı bacarırlar. Turizm xidmət sahəsidir, çox dərindir, çoxlu sayda seqmentləri və şaxələri vardır. Bütün hamısını əhatə etmək qeyri realdır. Düşünürəm ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlər bu fokuslanmanı həyata keçirməyiblər. Həyata keçirsələr daha çox uğur qazanarlar. Azərbaycanın turizm potensialını yüksəltmək və maksimum faydalanmaq üçün bu sahədə inkişaf mütləq olmalıdır.

- Müasir dövrdə rəqəmsal texnologiyalar və sosial media turizm biznesinə necə təsir edir?

- Müasir dövrdə rəqəmsal texnologiyalar və sosial media həyatımızın bir parçasına çevrilib. Demək olar ki, hamının “TikTok” hesabı da var, “Instagram” hesabı da var. Bir sıra alış-verişləri rəqəmsal texnologiyalar üzərindən edirlər. Bu qlobal bir məsələdir və inkişaf prosesinin bir parçasıdır. Qaçınılmaz haldır ki, turizm sektoru üçün də bu belədir. Artıq bu sahədə ölkəmizdə kifayət qədər peşəkarlar də fəaliyyət göstərirlər, öz xidmətlərini təklif edirlər. Təbii ki, biz də King Travel Group olaraq bu xidmətlərdən faydalanırıq. Ənənəvi hal alıb artıq. Rəqəmsal texnologiyaların inkişafı bütün sektorlarda olduğu kimi, turizm sektorunda da daha surətli inkişaf üçün zəmin yaradır. Bu hala ayaq uydurmaq, planları hazırlarkən nəzərə almaq qaçınılmaz zərurətdir. Əks halda bazarda rəqabət gücü zəifləyəcəkdir. Biz də buna önəm veririk və diqqətlə yanaşırıq, izləyirik.

- Turizm sahəsində xidmət keyfiyyətini artırmaq üçün nə etmək lazımdır?

- Turizmdə xidmət keyfiyyətini artırmaq üçün əvvəl də qeyd etdiyim kimi ilk öncə fokuslanmaq lazımdır deyə düşünürəm. Ümumi turizm xidməti əvəzinə turizm sahəsinin hər hansı bir, maksimum iki seqmenti seçilərək xidmət göstərilsə daha effektiv olar və həmin sahələrdə peşəkarlıq da artaraq maksimuma çata bilər. Bu məqamlar çox vacibdir. Nəzərə alsaq ki, ölkəmizdə turizm sahəsinin demək olar ki, 90 % seqmentində fəaliyyət üçün təbii və qeyri-təbii potensial var, bunu həyata keçirmək olar. Sadəcə əzmkarlıq, özünü inkişaf etdirmək, bu sahədə çalışanların təlimini inkişaf etdirmək lazımdır.

- Məlumdur ki, Azərbaycana gələn ərəb turistlərinin sayı həddindən artıq azalıb və bu da turizim sahəsində durğunluq yaradıb. Bəs alternativ olaraq Azərbaycana daha çox xarici turist cəlb etmək üçün hansı strategiyalar tətbiq olunmalıdır?

- Hazırda turizmdə dövlət və özəl sektorun əməkdaşlığı inkişaf prosesindədir. Bir sıra platformaların hazırlanması, həyata keçirilməsi zaman, xərc, təlim və əzmkarlıq tələb edir. Düşünürəm ki, qısa zamanda inşallah bu inkişaf prosesi bitər.

- Turizm sahəsində dövlət və özəl sektor əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Ərəb turistlərin ölkəmizə axını doğrudur ki, son zamanlar azalıb, minimum həddindədir. Bunun səbəbi beynəlxalq bir sıra amillərdir. Ümid edirəm ki, yenidən bərpa olunar. Digər fəaliyyət istiqamətlərinə gəlincə, bir sıra turizm şirkətləri var ki, fərqli ölkələri təmsil edən turizm şirkətləri ilə əməkdaşlıq edirlər, az sayda da olsa ölkəyə turist gəlir. Bunu daha da inkişaf etdirmək olar, əlaqələri daha geniş coğrafiyaya yayıb daha çox şirkətlə əməkdaşlıq etmək olar. Lakin bunda da həm yaxşı hazırlanmış zəmin olmalıdır, həm də peşəkar əməkdaşlar. Düşünürəm ki, zamanla bu məsələlər də həllimi tapacaq.

- Sizin gələcək planlarınız və həyata keçirmək istədiyiniz yeni layihələr hansılardır?

- King Travel Group olaraq bizim gələcək planlarımız və layihələrimiz genişdir. Bir sıra əməkdaşlıqlar üçün sağlam zəmin formalaşdırmışıq. Peşəkar qrupumuz var. Bir sıra ölkələrdə fəaliyyət göstərən şirkətlərlə danışıqlarımız son mərhələdədir. Allahın izni ilə ən qısa zamanda fəaliyyətimizin nəticəsini görəcəyik. Ümid edirik ki, hər şey planladığımız kimi olar. Xüsusi vurğulamaq istəyirəm ki, ən başlıca amil mədəniyyətimizi, tariximizi, ölkəmizi, dövlətimizin və millətimizin milli mənəvi dəyərlərini qonaqlarımıza aşılamaqdır. Bizim üçün maddi qazancdan öndə gələn dəyərlər var və hər zaman bu dəyərlərə hörmətlə yanaşaraq layihələrimizi hazırlayırıq. Allahın izni və köməkliyi ilə, əməkdaşlarımızın birgə səyi ilə hədəfə çatacağımıza inanırıq.

Avrasiya.net

“Hazırda turizmdə dövlət və özəl sektorun əməkdaşlığı inkişaf prosesindədir”

Son xəbərlər

Dövlətçiliyimizin tarixi və milli iradəmizin təcəssümü

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Bütün xəbərlər