BAKU Azərbaycan
29.47 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə dövlətimizin başçısının Qarabağ bölgəsinin mövcud geosiyasi reallıqla bağlı dərin təhlili Vətən savaşından sonra düşüncəmdə hakim kəsilən bir məqamı xatırlatdı.   Belə ki, Vətən müharibəsində ordumuzun şücaəti ilə şəhər və kəndlərimiz işğaldan bir-bir azad ediləndə həmin ərazilərdə düşmənin vandal əməlləri bütün dəhşətləri ilə ürək ağrıtdıqca Yer üzündə bu qədər vəhşi, dağıdıcı bir millət olmadığını bir daha qətiləşdirdim. Amma həm də xalqımızın öz qurucu, yaradıcı lideri İlham Əliyevin rəhbərliyi ilə bu yaşayış sahələrinin qısa zaman ərzində yenidən bərpasına nail olcağına əmin idim.         
İkinci Qarabağ savaşından ötən iki ilə yaxın bir müddətdə düşməndən təmizlənən ərazilərdə gerçəkləşdirilən genişmiqyaslı tikinti, bərpa-quruculuq layihələrinin uğurla icrası indi Azərbaycanı bütün dünyaya güclü-qüdrətli dövlət, insanlarımızı isə qurucu xalq kimi  tanıdır.  Ermənistanı Xankəndi ilə birləşdirən 32 kilometr uzunluğunda olan yeni alternativ yolun cəmi bir il ərzində inşa edilməsi də bunun bariz ifadəsidir.  
Yeri gəlmişkən, bu yeni yolla bağlı cənab Prezident İlham Əliyev sözügedən müsahibəsində 10 noyabr 2020-ci il tarixli Bəyannamədə həmin magistralın üç il ərzində çəkiləcəyinin planlaşdırıldığının öz ifadəsini tapdığını və bu bəndin kapitulyasiya aktında gerçəkləşdirən tərəfindən də məhz Azərbaycan olduğunu xatırladıb. “Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı”,-deyə dövlətimizin başçısı qeyd edib.  
Ölkə rəhbəri fikirlərinin davamında Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması zəruriliyini də diqqətə çatdırıb. Dövlət başçısı onların o ərazilərdə  yaşamalarının hərbi cinayət olduğunu, Cenevrə konversiyalarının qaydaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb: “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır”.
Bəli, artıq ermənilər azərbaycanlılara məxsus həmin yaşayış sahələrindən çıxarılır. Amma bu prosesdə də əvvəllər olduğu kimi, yenə də vəhşiliklərini, barbarlıqlarını nümayiş etdirirlər. Evləri, meşələri yandırır, hətta öz doğmalarının qəbirlərini dağıdıb cəsədləri özləri ilə aparırlar. Belə bir hal bu millətin sağalmaz xəstə təxəyyülə malik olduğunu bir daha təsdiqləyir. Bunu özləri də etiraf edirlər. Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan mətbuata açıqlamasında deyir: “Ermənilər 26 il Qarabağı dağıtdı, amma Bakı 20 ay içində bu dağıntılar üzərində şəhərlər, kommunikasiyalar, yüksək səviyyəli yollar, körpülər tikə bildi”.
A.Ağababyan daha sonra erməni xalqının Qarabağı sevməməkdə ittiham edir: “Bilirsiz niyə belə oldu? Çünki biz bu torpaqları sevmirik, azərbaycanlılar isə sevir və bunu sübut edir. Şuşada möhtəşəm körpü inşa olunub, ikincisi isə yaxın vaxtlarda tikiləcək. Şuşaya gedən yolda isə elə bağ salınır ki, onu hətta kosmosdan da görmək mümkün olacaq. Bütün bunlar 20-21 aya olunub. Biz isə 26 il ərzində Qarabağda yaşayan erməni əhalisi üçün strateji və həyati əhəmiyyətli 80 kilometrlik yolu inşa edə bilməmişik”.
Beləliklə, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinin tamamlanması daim özlərini məzlum göstərən ermənilərin “doğma yurdlarından” qovulması harayı ilə müşayiət olunur. Yəni köhnə, sülhməramlıların məsuliyyət zonasında yerləşən yolun ətrafında yerləşən adları çəkilən kəndlərin sakinləri tərəfindən yalan, heç bir əndazəyə sığmayan iddialar–guya onlar üçün dogma olan bu yerlərdən “didərgin” salınması kimi ədalətsiz fikirlər səsləndirilir. Amma onlardan bura haradan gəldiklərini, nə üçün məskunlaşdırıldıqlarını soruşan belə tapılmır. Əslində, bunu özləri də, Ermənistan rəhbərliyi də, nəhayət, havadarları da yaxşı bilirlər. 
Şübhəsiz ki, 30 ilə yaxın müddət ərzində Azərbaycanın ərazilərini işğal edən, torpaqlarını talayan, sərvətlərini Ermənistana daşıyan, Qarabağ bölgəsində etnik təmizləmə siyasəti aparan işğalçı ölkədə  yaxşı bilirlər ki, həmin kəndlərdən indi köçürülmələrinə başlanılan ermənilər qeyri-qanuni məskunlaşmanın qurbanlarıdır.   
Qeyd edim ki, Azərbaycan rəhbərliyi tərəfindən 30 il ərzində beynəlxalq qurumlara Ermənistanın qanunsuz köçürülmələri ilə bağlı dəfələrlə  müraciətlər edilib və bu müraciətlər cavabsız qalıb.

Sevinc Abdullayeva,
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədr müavini

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər