BAKU Azərbaycan
29.47 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 15-16-da Cenevrə şəhərində keçirilən BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət təmsil edib.Təqdimat zamanı nazir müavini Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycanın multietnik ölkə olduğu diqqətə çatdırılıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkəmizdə multikulturalizm dəyərlərinin təşviqi, mədəni, dini və linqvistik müxtəlifliyin qorunub saxlanılması sahəsində səmərəli fəaliyyəti barədə məlumat verilib.Nazir müavini qeyd edib ki, Ermənistanın etnik təmizləmə apararaq Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması Konvensiyanın həyata keçirilməsinə əsas maneə olub. Vətən müharibəsində qazanmış Zəfərlə münaqişəyə son qoyulduqdan sonra məcburi köçkünlərin öz evlərinə qayıtması və həmin ərazilərdə multietnik icmaların bərpa olunması üçün Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verib, bu ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsinin bu istiqamətdə prioritet vəzifələrdən olduğunu bildirib.Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmış iş üzrə Məhkəmənin müvəqqəti tədbirlərə dair qərarında Ermənistanın bir çox müraciətinin rədd olunduğu vurğulanıb, Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia üzrə analoji işdə irqi nifrətin qızışdırılması və təşviqinin qarşısının alınması üçün Ermənistan tərəfindən tədbirlər görülməsinin Məhkəmə tərəfindən tələb olunduğu qeyd edilib.Komitə tərəfindən Ermənistanda nifrət nitqi ilə bağlı məsələlərin Ermənistan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı zamanı nəzərə alınacağı bildirilib.Nümayəndə heyəti rəhbərinin təqdimatından sonra konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb və Komitə üzvləri tərəfindən qaldırılan suallar cavablandırılıb.Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndirib.

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər