Siyasət
23.08.2022 / 15:12
“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib
Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən, Azərbaycan tankçıları növbəti mərhələdə Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparacaqlar.Yarımfinal mərhələsi avqustun 24-də keçiriləcək.