BAKU Azərbaycan
30.12 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Fransada fəaliyyət göstərən “La Gazette” portalı azərbaycanlı professor Elçin Əhmədovun Şuşadan müsahibəsinin 2-ci hissəsini yayıb.AZƏRTAC xəbər verir ki, “La Gazette” portalının “Şuşa 30 il sonra” sərlövhəli yazısında və müsahibədə professor Elçin Əhmədov tərəfindən sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın yaşayış kompleksi haqqında məlumat verilir. Elçin Əhmədov qeyd edib ki, Xurşidbanu Natəvanın yaşayış kompleksi Şuşa şəhərində ilk inşa edilmiş mülklərindən biridir. Bu saray böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malik olub. Xan qızı Xurşidbanu Natəvanın imarəti “Bazarbaşı” meydanının yaxınlığında hasara alınmış ikimərtəbəli əzəmətli binada yerləşirdi. Beş iri otaqdan ibarət olan bu imarətə sonralar ikimərtəbəli, altı otaqlı bina da əlavə edilib. XIX əsrin memarlıq abidəsi kimi qorunan bu tarixi memarlıq abidəsinin Şuşa şəhərin Ermənistan silahlı qüvvələrinin işğalından sonra dağıdılması, vandalizmə məruz qalması haqqında danışan professor sarayın indiki və işğaldan əvvəlki vəziyyətini müqayisəli şəkildə xarici ictimaiyyətin diqqətinə çatdırır.Bununla yanaşı, Şuşa şəhərində böyümüş professor bildirib ki, Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanı olan “Bazarbaşı” adlanan yerdə işğaldan əvvəl mövcud olmuş Mədəniyyət evi işğaldan sonra tamamilə məhv edilib. Elçin Əhmədov 1984-cü ildə Mədəniyyət evinin qarşısında ucaldılmış dahi bəstəkar musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin və peşəkar vokal sənətinin banisi Bülbülün və həmin Mədəniyyət evinin arxasında 1982-ci ildə isə ucaldılmış görkəmli Azərbaycan şairəsi, xeyriyyəçi, mesenat və ictimai xadim Xurşidbanu Natəvanın işğaldan sonra güllələnmiş büstləri haqqında məlumat verib.Şuşa işğaldan azad ediləndən sonra şəhərin tarixi abidələrinin bərpa edilməsi prosesinə start verildiyini qeyd edən Elçin Əhmədov bildirib ki, 39 il sonra 2021-ci il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfəri zamanı ilkin olaraq məhz dahi şəxsiyyətlərin - Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş həmin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.Yazı və videomüsahibənin tam mətni ilə bu linklərə daxil olmaqla tanış olmaq mümkündür.

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər