BAKU Azərbaycan
30.5 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Qazaxıstanın Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işlərində iştirakı olduqca müsbət haldır və iki qardaş xalq arasında formalaşmış münasibətlərin məntiqi nəticəsidir. Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi və Mərkəzə qazax xalqının böyük oğlu, bəstəkar, musiqiçi Kurmanqazi Sağırbayoğlunun adının verilməsi isə gələcək nəsillər üçün ən mühüm mədəni mirasdır. Şuşa ilə Türküstanın qardaşlaşması isə mədəni əlaqələrimizin inkişafına təkan verəcək, hər iki dövlətin regionları arasında əməkdaşlığı stimullaşdıracaq, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə səbəb olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.Deputat qeyd edib ki, müasir dünyada böyük və kiçik olmağından asılı olmayaraq, bütün dövlətlər müttəfiqlərinin sayının maksimum çox olmasına səy göstərirlər. Belə ki, müttəfiqlərin sayının çox olması hər bir dövlət üçün siyasi, iqtisadi divident deməkdir. Təhlükəsizlik baxımından isə son dərəcə vacibdir.“Postsovet məkanında yerləşməyimiz geosiyasi baxımdan Cənubi Qafqaz kimi mürəkkəb, ziddiyyətli regionda bizdən operativ, çevik diplomatik gedişlər tələb edir. Bu baxımdan, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət və müdafiə doktrinası, təhlükəsizlik sistemi özünü tam doğruldur. Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə, ötən ilin iyul ayında imzalanmış tarixi Şuşa Bəyannaməsi, həmçinin qardaş Özbəkistan, Qazaxıstan, Pakistan, Qırğızıstan və sair ölkələrlə imzalanan strateji müttəfiqlik barədə müqavilələrin hər biri dövlətimizin başçısının apardığı siyasətin bəhrəsidir”, - deyə N.Məhəməliyev vurğulayıb.O əlavə edib ki, məhz Prezident İlham Əliyevin apardığı çoxvektorlu diplomatiya dünya ermənilərinə sağalmaz yara vurdu. Eyni zamanda, dünya informasiya məkanını 100 ildən bəri yalançı miflərlə, illüziyalarla zibilləyən saxtakar tayfanın informasiya siyasətini darmadağın etdi, Azərbaycanın bir dövlət kimi, özününsə dünya səviyyəsində hər kəsin hörmət bəslədiyi nüfuzlu lider olaraq tanıdılmasına nail oldu. Kasım-Jomart Tokayevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim edərkən səsləndirdiyi səmimi fikirlər qazax xalqının Prezident İlham Əliyev şəxsiyyətinə hörmət və ehtiramın ən gözəl nümunədir.

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər