BAKU Azərbaycan
30.5 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Şuşada 60-dan çox ölkəni, 19 beynəlxalq təşkilatı təmsil edən 160-dan çox səfir, hərbi attaşe və diplomatların iştirakı ilə keçirilən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransa ABŞ və Fransanı təmsil edən diplomatların qatılmaması, siyasi riyakarlığın, antihumanizmin növbəti nümunəsidir. Bu davranış bir daha sübuta yetirir ki, ABŞ və Fransa Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin çoxsaylı dinc insanın ölümünə səbəb olan minalardan təmizlənməsində, yaşayış məntəqələrimizin tez bir zamanda bərpa edilməsinə və məcburi köçkünlərin öz doğma yurd yerlərinə qayıtmasında, Cənubi Qafqazda sülhün və əmin-amanlığın, sabitliyin təmin olunmasında, insanların dinc birgəyaşayışında maraqlı deyillər.Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, əksinə, bu ölkələri, artıq tarixin arxivinə göndərilmiş “münaqişə”nin bərpası, aqressiv separatizm və terrorizmin vüsət alması, xaos, dinc insanların, o cümlədən uşaqların, qadınların, yaşlıların qətlə yetirilməsi, minaların qurbanına çevrilməsi, xalqlar arasındakı düşmənçiliyin sonsuza qədər davam etməsi, şəhər və kəndlərin viran olunması qane edir. Nəzərə alsaq ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərdə və beynəlxalq konfransda təkcə ölkəmizdə dislokasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri deyil, eyni zamanda, Ankara, Tehran və Moskvadakı qeyri-rezident səfirlər də iştirak edirlər, o zaman ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin davranışlarının sağlam məntiqlə, beynəlxalq hüququn norma və prinsipləri ilə, diplomatik fəaliyyətin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur.

E.Mirzəbəylinin fikrincə, bu yanaşma bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yalnız Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə son qoymayıb, həm də işğalın sonsuza qədər davam etməsində, yüzminlərlə azərbaycanlının öz doğma yurd yerlərinə həsrət qalmalarında, müharibə cinayətlərində Ermənistan qədər, bəlkə də daha çox maraqlı olan ABŞ və Fransa kimi ölkələrin planlarını pozub. Sözügedən ölkələrin diplomatik nümayəndəliklərinin sərgilədiyi qeyri-insani, bəşəri dəyərlərə, dövlətlərin suveren hüquqlarına, ədalət prinsiplərinə zidd davranışları da buradan qaynaqlanır.

Şübhəsiz ki, ABŞ və Fransadan olan diplomatların bu mühüm səfərdə və konfransda iştirak etməmələri Azərbaycan, region və tədbirə qatılan 160-dan çox səfir, hərbi attaşe, digər diplomatlar, eləcə də onların təmsil etdikləri ölkələr və beynəlxalq təşkilatlar üçün heç nəyi dəyişməyəcək.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, işğalçı üzərində ədalətli və Beynəlxalq Humanitar Hüququn bütün prinsiplərinə əməl etməklə Zəfər çalması nəticəsində təkcə regiondakı, yaxud subregiondakı reallıqları deyil, bütövlükdə Avrasiya məkanındakı uzun illərdən bəri ədalətsiz bir şəkildə davam edən geosiyasi mənzərəni də dəyişib və öz yerlərini sülhə, əməkdaşlığa, xalqların firavan və təhlükəsiz yaşamasına xidmət edən reallıqların içərisində görə bilməyənlər, sadəcə, prosesdən kənarda qalacaqlar.

 

 

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər