BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İyulun 23-də Türkiyə Uşaq Oyunları Federasiyasının sədri, qardaş ölkənin nüfuzlu iş adamı Mehmet Mutlu, Ərzurumdan olan millət vəkili, professor Mustafa İlıcalı və qardaş ölkədən gələn digər qonaqlar Qazax şəhərində olublar. Öncəliklə qonaqlar Qazax Rayon İcra Hakimiyyətini ziyarət ediblər.

image-img_5853

“Xeber7.az” “Musavat.com”a istinadla xəbər verir ki, icra başçısı Rəcəb Babaşov qonaqlara rayonun ümumi durumu, gedən quruculuq işləri, Azərbaycan-Türkiyə qardaşlığından, I və II Qarabağ savaşındakı Qazax şəhidləri barədə geniş danışıb. Qonaqlar R.Babaşova yüksək qonaqpərvərliyinə görə öz təşəkkürlərini bildiriblər. Ardınca türkiyəli qonaqlar Qazax Tarix Diyarşünaslıq Muzeyində olublar.

Daha sonra Uşaq Oyunları Federasiyası Qazax rayonu, Heydər Əliyev prospektində Qarabağ şəhid və qazilərimizin övladları və ümumilikdə bütün uşaqlar üçün nəzərdə tutulan oyun parkının açılış tədbirini həyata keçirib.

 

İlk olaraq söz rayon icra başçısı R.Babaşova verildi. O tədbirdə iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırdı:

“30 ildə xalqımız yalnız bir dərdi çəkirdi, o da işğal altında qalan torpaqlarımızın dərdi idi. Qəhrəman igidlərimiz sayəsində biz o əraziləri azad etdik. 44 günlük savaşda türk xalqı daim yanımızda oldu. Ali Baş Komandanımızın düzgün siyasəti nəticəsində biz o əraziləri azad etdik. Müharibə bitdi, qazilərimizə qardaş Türkiyə qucaq açdı. Yüzlərlə qazimiz qardaş ölkədə müalicə aldı. İndi də belə bir gözəl park açılır. Burada əməyi keçən hər kəsə təşəkkür edir, sizlərdən onları alqışlamağı xahiş edirəm “.

Qonaqların gurultulu şəkildə alqışlanmasından sonra R.Babaşov çıxışını davam etdirdi:

“Şəhid övladlarının belə gözəl parkda istirahət etmək haqları sonsuzdur. Türkiyə-Azərbaycan qardaşlığı daimidir. Bu qardaşlıqdan hər kəs qürur duyur”.

Ardınca söz Mehmet Mutluya verildi:

“Hər kəsə təşəkkür edirəm. Sevimli cocuqlar, sizlər bu vətən üçün canlarından keçən qəhrəmanlarımızın yadigarlarısız. Bizlər borcumuzdan çıxırıq. Biz sizlər üçün nə etsək azdır. Hər birinizi öpürəm, Allaha əmanət olun”.

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk isə bunları dedi:

“Bu park qardaşlıq münasibətlərimizin ən böyük örnəklərindən biri oldu. Hədiyyə edilən bu parkla münasibətlərimiz daha da güclənəcək. Cocuqluq insan dəyəri və həssasiyət göstəricisidir. Qarabağ savaşında ŞƏHİD olan bütün igidlərimizi yüksək sayğı və hörmətlə yad edir, qazilərimizə şəfalar diləyirəm. 23 iyul böyük tarixdir. İki ölkə üçün də”.

Professor Mustafa İIlıcalı çıxışına bu sözlərlə başladı:

“Çox önəmli tarixdir. 23 iyul 1919-cü ildə Atatürk və silahdaşları bir yola çıxdılar və o yol bu günümüzü müəyyən etdi. Bu gün hər iki ölkənin liderləri dövlətlərini dünyada söz sahibi etməkdədirlər. Bu parkın memarı Mehmet Mutlu bəyə və heyətinə təşəkkür edirəm. Əməyi keçən hər kəsdən Allah razı olsun.

Şəhidlərimizin qanları hesabına burdayıq. Valimiz Rəcəb bəyin iki qardaş ölkənin münasibətlərinə eyham etdiyi vurğuları heç vaxt unutmayacağıq. Qazaxda tarixi muzeyi gəzdik. Necə də gözəl mənzərələrlə tanış olduq. Hər biriniz Allaha əmanət olun”.

Azərbaycan Yazıçılar Birliyinin Qazax təşkilatının rəhbəri Barat Vüsal:

“Nazim Hikmət deyirdi ki, gəlin bir günlüyə dünyanı uşaqlara verək. İndi türk dünyası bütün günləri uşaqlara verir. Hamımızın ruhu Şuşadadır. Siz getsəniz də, ruhunuz Qazaxda qalacaq. Övladlarımıza belə bir park bəxş etdiyiniz üçün sizlərin hər birinə minnətdarıq “.

Uşaq Oyunları Federasiyasının Azərbaycan təmsilçisi, tədbirin keçirildiyi “İstanbul” ailəvi restoranının sahibi Zaur Əhmədov Qazax icra başçısı Rəcəb Babaşovun parkın açılışında böyük xidmətlərinin olduğunu qeyd etdi və açılışa qatılan hər kəsə minnətdarlığını bildirdi.

Şəhid İzzət Həmidovun anası Vəfa İzzətli:

“Hamınıza çox təşəkkür edirəm. Zaur müəllim hər zaman şəhid ailələrinin yanında olur. Ona da xüsusi təşəkkürlərimi bildirirəm. Çox həyəcanlıyam. Ona görə qısa danışıram. Allah sizlərdən razı olsun “.

Şəhid Sərxan Abdullayevin atası Elxan Abdullayev belə bir tədbirdə iştirak etməkdən qürur hissi keçirdiyini söylədi:

“Oğlum İzmirdə Komandoda oldu. Övladlarına türk adları qoydu, vətən yolunda da canını verdi. Bayraqlarımız daim uca zirvələrdə olsun. Nə qədər ki, bir millət iki Dövlətik, bizə heç bir qorxu yoxdur”.

Şəhid valideynlərinin çıxışlarından sonra parkın açılış rəmzi olan qırmızı lent kəsildi. Tədbir bayram konserti ilə davam etdi.

Sonda qeyd edək ki, M.Mutlunun həyata keçirdiyi möhtəşəm “Hədiyyə karvanı” layihəsi hər il Azərbaycanda uşaqları sevindirir. Layihə çərçivəsində qrup üzvləri müxtəlif rayonları dolaşır, uşaqlara hədiyyə paylayır, konsert və xüsusi proqramlarla onları əyləndirir.

Son xəbərlər

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Bütün xəbərlər