BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Artıq Prezident İlham Əliyevin 28 iyun sərəncamı ilə Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılmış və növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir. Mövcud qanunvericiliyə görə seçkilərlə bağlı hazırlıq işlərinə rəsmən strat verilmişdir. İnanırıq ki, 1 sentyabrda bütün dünya Azərbaycanda keçiriləcək demokratik seçkilərin şahidi olacaq”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, parlament seçkilərinin keçirilməsi müddətinin önə çəkilməsi mövcud reallığın tələbidir: “Çünki, bildiyimiz kimi, bu ilin noyabr ayında  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizdə keçiriləcək. Konstitusiyaya görə növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Lakin eyni ayda iki belə mötəbər işin mükəmməl şəkildə reallaşdırılması mümkün deyildir. Bütün bunlar çox böyük məsuliyyət tələb edir.  Buna görə də, Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin buraxılması təşəbbüsü irəli sürlmüşdür. Çox müsbət haldır ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüs millət vəkilləri tərəfindən dəstəklənmişdir”.

Politoloq bildirib ki, YAP hər zamanki kimi, qarşıdan gələn parlament seçkilərinə də ciddi hazırlaşır: “Seçkilərə hazırlıq seçki kampaniyası dövründə daha intensiv xarakter alacaq: “YAP geniş şəbəkəyə malik olan partiyadır. YAP malik olduğu təşkilati və insani resurslarını seçki kampaniyasına səfərbər edəcək. Bu mənada YAP rəhbərliyi qarşıdan gələn seçki kampaniyası ilə əlaqədar proqramını bəyan edəcək. Növbədənkənar parlament seçkilərində Azərbaycan xalqı hakimiyyətə sarsılmaz etimadını növbəti dəfə nümayiş etdirəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların ölkəmizdə çox böyük uğurlara gətirib çıxarması faktdır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsindən tutmuş əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük irəliləyişlər əldə edilib. Ən önəmli məsələ isə ərazi bütövlüyümüz bərpa edilib. Bu parlament seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçirilməsi ilə yadda qalacaq. Əminik ki, 1 sentyabr seçkilərində də Azərbaycan vətəndaşları iqtidar partiyası olan YAP-ın irəli sürəcəyi namizədlərə dəstəyi açıq şəkildə ifadə edəcəklər”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Ali Məclisin deputatı: 2024-cü il Naxçıvan üçün siyasi və iqtisadi uğurlarla yadda qalmaqdadır

“20 Yanvar” yeraltı keçidi ilə bağlı müəmmalı vəziyyəti İTV işıqlandırdı

Binəqədi Tibb Mərkəzində qanvermə aksiyası keçirilib

Qərb Cənubi Qafqazı təsir altında saxlamaq üçün çirkin oyunlar qurub – deputat

Daşkənddə Azərbaycan və Özbəkistan QHT-ləri arasında Əməkdaşlıq Memorandumları imzalanıb

44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr olunan "SƏS" tamaşasının premyerası keçirildi FOTOLAR

Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Məhəmməd Füzulinin 530 illiyi qeyd edilib

“Biz itə-qurda pay verilən torpaqlarımıza sahib çıxmalıyıq”- Mehriban Vəliyeva

Türkiyə Azərbaycana yeni səfir təyin etdi

Kitabxananın layihələri davam edir

"İncəsənətin rəngi" layihəsinə yekun vurulub

Azad Laçın özünün ən xoşbəxt günlərini yaşayır – Mehriban Vəliyeva

“Azərbaycanlıların qonaqpərvərliyinə heyran qaldım” – Abdullah Əl-Abadi

"Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək”

Deputat Mehriban Vəliyeva Sumqayıtda qəbul keçirib

Türkiyəli Professor Hasan Sacit Keseroğlu Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxudu

Moskvada Rusiya azərbaycanlıları ictimai birliklərinin II Forumu keçiriləcək

COP29-un uğurlu nəticələri Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi – deputat

Şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş tədbir keçirilib

Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir

Siyəzəndə gənclər üçün təlim baş tutub

STM-də iqlim dəyişmələri ilə mübarizə ilə bağlıdəyirmi masa keçirilib

Oxuculara şotland şairinin Zəfər haqqında şeirləritəqdim olundu

Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti

Yeni Azərbaycan Partiyasının strateji hədəfləri milli maraqlarımız üzərində qurulub

Daşkənddə COP29-a həsr olunmuş ağacəkmə aksiyası keçirilib

"Şübhəsiz ki, Ağdam və işğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat qayıdacaq"

Bakıda "CON TEMPO. Müasir musiqi burada və indi" adlı layihənin təqdimatı olacaq

Deputat: “Ruhlar şəhəri” adlandırılan Ağdam ruhumuzun şəhəri olacaq

COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizədə gənclərin fəallığı və təhsil imkanları mövzusunda beynəlxalq konfrans keçirildi

Bütün xəbərlər