BAKU Azərbaycan
26.81 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Pakistan və Azərbaycan arasında mövcud olan ikitərəfli münasibətlər dostluq, qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulmuşdur. İki ölkə arasında münasibətlər öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə olunur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Pakistan əsl qardaşlıq nümayiş etdirərək Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığına görə Ermənistanı dövlət kimi tanımamışdır. Azərbaycan da eyni zamanda Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləmişdir. İki ölkə arasında tarixi bağlara əsaslanan münasibətlər ötən illər ərzində dinamik inkişaf yolu keçmiş, İkinci Qarabağ müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək bu münasibətləri qırılmaz bağlarla möhkəmləndirmişdir. Belə ki, Pakistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana olan münasibət birmənalı olaraq dəyişməz qalır. Əlbəttə, bu, ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alaraq, qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin Pakistana səfəri və dövlətimizin Başçısına göstərilən yüksək səviyyəli münasibət ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deməyə əsas verir.
Bu fikirləri saytımıza açıqlamasında VI çağırış Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
O, bildirib ki,  istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə  Pakistan Azərbaycana dəstəyini açıq mətnlə nümayiş etdirmişdir. Bir məqamı xüsusilə xatırlatmalıyıq ki, 1993-cü il aprelin 30-da keçmiş Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib. Onu da qeyd etməliyik ki, Azərbaycan da Kəşmir məsələsində hər zaman Pakistana dəstəyini birmənalı olaraq nümayiş etdirmişdir. Prezident İlham Əliyevin də dediyi kimi “Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur”. 
Onu da deməliyik ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Pakistana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına olduqca müsbət təsir etmişdir. Ötən dövr ərzində Prezident lham Əliyevin prezidentliyi dövründə də Azərbaycan və Pakistan arasında bir çox sahələrdə əməkdaşlıq imkanları geniş vüsət almış, xalqlarımız arasında mədəni əlaqələr daha da möhkəmlənmişdir.
Fikirlərinin davamı olaraq, VI çağırış Milli Məclisin üzvü Tamam Cəfərova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistana dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcəyini deyib. O bildirib ki, cənab Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü zamanı qarşılıqlı maraq doğuran məsələlərlə yanaşı, iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Onu da qeyd edək ki, səfər çərçivəsində Azərbaycan ilə Pakistan arasında imzalanmış müxtəlif sahələri əhatə edən  15 adda sənəd qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayacaq.
Əminliklə deyə bilərik ki, Pakistan və Azərbaycan arasında əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür. Bu isə iki ölkənin beynəlxalq münaisbətlər sistemində bir-birinin mövqeyini müdafiə etməsi və gələcəyə birgə addımlaması baxımından olduqca mühüm amildir.

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər