BAKU Azərbaycan
25.37 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bir nəfərdə o vaxt təpər tapılmadı ki, soruşsun: balam, əhalisi əksəriyyət təşkil edən xalqın ana dilində çıxan qəzetinin günahı nədir? – bu sualı heç vaxt, heç kəsə verən olmadı.

“Yeni yol” qəzeti gözlənilmədən bağlandı. “Vışka” qəzeti Mərkəzi Komitənin orqanı kimi fəaliyyətini davam etdirdi. Bir nəfərdə o vaxt təpər tapılmadı ki, soruşsun: balam, əhalisi əksəriyyət təşkil edən xalqın ana dilində çıxan qəzetinin günahı nədir? – bu sualı heç vaxt, heç kəsə verən olmadı. Lakin mən qəzetdən uzaqlaşdıqdan sonra, uzun müddət müxtəlif yerlərdə çalışmağımdan asılı olmayaraq bu suala cavab axtarırdım. Nəhayət, bir gün topladığım faktlardan, gəldiyim qənaətlərdən sonra bir məktub hazırladım. O vaxt Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov idi. Mənim məktubumu yuxarılara çatdırırlar. Baxılıb qərar çıxarıldı. Onda belə idi ki, bizim Mərkəzi Komitənin hər hansı bir qərarı mütləq Moskvaya göndərilməli idi. Belə də oldu. Sov.İKP-dən xahiş olunurdu ki, Azərbaycanın paytaxtı Bakı şəhərində qəzet çıxarılmağa icazə verilsin.
Aradan xeyli keçmiş məni Mərkəzi Komitəyə çağırdılar. O zaman Mərkəzi Komitənin katibi Şıxəli Qurbanov idi. Şıxəli Qurbanov stolunun gözündən bir qərar çıxarıb göstərdi və dedi:

– Moskva yeni qəzet çıxarmaq barədəki qərarımızı təsdiqləyib. İstəyirəm işin ilk təşəbbüskarı olduğum üçün məsuliyyəti də, sənin üzərinə qoyaq, universitetdəki dərslərini demək şərti ilə…

Qəzet əvvəlcə kiçik formatda fəaliyyətə başladı. Sonradan oxucu marağını nəzərə alıb həcmini genişləndirdik, eyni zamanda rus oxucularını da nəzərə alıb “Baku” qəzetinin də paralel nəşrinə başladıq. Bakı Şəhər Sovetinin yeni orqanı olan “Bakı” və “Baku” axşam qəzetlərinin təməli belə qoyuldu…

Nəsir İmanquliyev

Qeyd: Bu gün “Bakı” qəzeti Bakı Şəhər İcra hakimiyyətinin dəstəyi ilə dövrün tələbinə uyğun olaraq Baki-Baku.az adı ilə onlayn formatda fəaliyyətini davam etdirir. Məqsədimiz, şəhərimizin ictimai, mədəni və sosial həyatını əhatə edərək, Bakıya dair dolğun məlumat mənbəyi olmaqdır.

Son xəbərlər

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Bütün xəbərlər