BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət Şurasının üzvləri universitetdə keçirilən imtahan prosesinin gedişatını izləyiblər. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və şura üzvləri – “Asan Radio”nun direktoru Emin Musəvi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli və ATU-nun Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva imtahan öncəsi və imtahan prosesində tətbiq olunan yeniliklərlə maraqlanıblar. Bu barədə İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova açıqlama verərək 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasına dekabrın 29-da başlanıldığını və imtahan sessiyasının cədvələ uyğun olaraq fevralın 1-də bitəcəyini bildirib: “Boloniya sisteminin özəlliyi ondadır ki, tələbənin 3 gün ərzində bu semestrdə kəsildikləri fənnin kreditinin 25 faizini ödəməklə yenidən imtahan vermək şansı var. Universitetimizdə imtahanlar modul proqramı üzərindən kompüterlə aparılır. Bu proqram artıq 2016-cı ildən tətbiq olunur. Hər il ümumi təhsilin keyfiyyətinin artırılması məqsədilə obyektv və şəffaf qiymətləndirmə üzərindən irəliləyişlər, yeni nailiyyətlər olur. Qayda belədir ki, tələbəyə öz şəxsi kabinetində nümunəvi test tapşırıqları verilir. PDF formatında yerləşdirilən test tapşırıqlarının cavabları qarışıq halda verilir. Açıq tipli test tapşırıqları daha yüksək bal almaq istəyən tələbələr üçündür. Hazırlıqlı tələbə bu tapşırıqları asanlıqla yerinə yetirərək yüksək bal toplayır”.

Yəni cavablar İmtahan Mərkəzi tərəfindən xüsusi proqramla qarışdırılır. Bütün bunlar isə “Elektron universitet”in, Türkiyədə və başqa Avropa ölkələrində mövcud olan modul proqramın tətbiqi ilə həyata keçirilir. Keçən tədris ilindən nümunəvi test tapşırıqlarının sayı elektron tədris sistemində maksimuma endirilib, 100 civarındadır. Belə suallar ixtisas fənlərindən 8-10, qeyri ixtisas fənlərindən isə 5-dən çox deyil. Qalan suallar isə tələbələr üçün gizli saxlanılır. Məqsəd tələbələri əzbərçilikdən uzaqlaşdırmaq, onlarda dərsliklərlə, kitablarla işləmək vərdişi yaratmaqdır.

Şuranın üzvləri imtahanın gedişində tələbələrin və nəzarətçilərin də fikirlərini öyrəniblər. Tələbələrdən Samirə Sadıqova, İradə Ağazadə, Səidə Məmmədova, Laçın Əliyeva, Rəhimə Sultanlı və Cənubi Azərbaycandan Elfan İsgəndəri testlərə proqrama uyğun sualların salındığını, imtahan prosesinin çox rahat keçdiyini söyləyiblər.

İmtahan-nəzarət qrupunun rəhbəri Pəri İsaqova, nəzarətçilərdən Yoluxucu xəstəliklər kafedrasının baş laborantı Alidə Mətiyeva, Ailə təbabəti kafedrasının əməkdaşı Günəş Babayeva, II Daxili xəstəliklər kafedrasının əməkdaşı Yaqut Quliyeva, Uşaq stomatologiyası kafedrasının əməkdaşı Səid Cabbarov və Xarici dillər kafedrasının baş laborantı Svetlana Sultanova imtahanın gedişində indiyədək neqativ hala yol verilmədiyini bildiriblər.

Universitetdə tətbiq olunan yenilikləri müsbət qiymətləndirən şuranın üzvləri ATU-nun Apellyasiya Komissiyasının işi ilə də tanış olaraq tələbələrin şikayətlərini dinləyiblər. Əsas şikayətlər dərsdə keçilməyən bəzi mövzuların test tapşırıqlarına salınması ilə bağlı olub. Şuranın üzvləri şikayətlərin yerindəcə əsaslandırılması, tələbə məmnunluğunun təmin edilməsi barədə tövsiyələrini diqqətə çatdırıblar.

Şuranın sədri İlham Məmmədov cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin zəruriliyini vurğulayıb. Bu istiqamətdə təkmilləşməyə hər zaman ehtiyac olduğunu söyləyərək, vətəndaş cəmiyyəti ilə rəsmi qurumlar arasında əməkdaşlığın aparılan islahatlara müsbət təsirindən danışıb.

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər