BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Kanal 20 TV xəbər verir ki, Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin “Türkiyə-Azərbaycan Gənclər Mübadiləsi” proqramı çərçivəsində Xəzər Universitetinin nümayəndə heyəti Ankaraya səfər edib.


Nümayəndə heyətini Esenboğa hava limanında Gənclər və İdman Nazirliyi Kırşehirin rayon rəhbərliyi qarşılayıb. Proqrama uyğun olaraq axşam ziyafəti verilib. Ziyafətdə Anayasa Məhkəməsi başkan vəkili Kadir Özkaya, Kırşehir İl müdürü Numan Nafiz Şahin, Layihə koordinatoru Hakan Avşar, Qazi Universitetinin professoru Camal Yılmaz iştirak ediblər. Onlar Xəzər Universitetinin nümayəndə heyətini salamlayaraq qarşıdakı səfərdə uğurlar arzulayıb və nümayəndə heyətinin üzvlərinə Türkiyə-Azərbaycan bayraqlarının simgəsi olan geyimləri hədiyyə ediblər.

Türkiyə Gənclər və İdman nazirliyində görüş


Türkiyə Gənclər və İdman nazirliyində görüş Türkiyə Cumhuriyyəti Gənclər və İdman nazirliyinin Xarici əlaqələr idarəsinin Genel Müdür Yardımcısı Enes Efendioğlu Xəzər Universitetinin nümayəndə heyətini qəbul edib. E.Efendioğlu Xəzər Universiteti ilə həyata keçirilən bu mübadilə proqramından məmnun olduğunu və bundan sonra da Xəzər Universiteti ilə əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Gənclər və İdman nazirliyi Kırşehir il müdürü Numan Nafiz Şahin layihənin gedişi haqqında nazirliyin rəhbərliyinə və toplantı iştirakçılarına məlumatlandırıb. Nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli Xəzər Universiteti haqqında məlumat verərək universitetin Şuşa plaketini və Azərbaycanın Milli Brendi Azərçayın hədiyyəsini təqdim edib. Daha sonra Gənclər və İdman nazirliyinin “Gənclik radiosunda“ görüş davam etdirilib, xatirə şəkilləri çəkilib.

Xəzər Universitetinin nümayəndə heyəti anıt qəbirdə


Xəzər Universitetinin nümayəndə heyəti Cümhurbaşkanlığı Külliyəyə (Beştepe yerleşkesi) və Türkiyə Cumhuriyətinin qurucusu Ulu Önder Mustafa Kemal Atatürk’ün anıt məzarını ziyarət ediblər. Layihə koordinatoru Hakan Avşar Külliyə haqqında gənclərə məlumat verib. Sonda kollektiv olaraq xatirə şəkilləri çəkilib. 

Xəzər Universitetinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində

Xəzər Universitetinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbrəri Şamil Ayrım və Kırşehirli millət vəkili Hacı Turanla görüş keçirilib. Millət vəkilləri Xəzər Universitetinin nümayəndə heyətini salamlayaraq onlarla yaxından tanış olublar. Məclisin tarixində ilk dəfə olaraq Azərbaycandan gələn nümayəndə heyəti ilə görüşdən məmnun olduqlarını bildirilib.  Azərbaycan-Türkiyə dostluq əlaqələri haqqında tələbələrə ətraflı məlumat verilib. Türkiyə Cumhuriyyəti Gənçlik və Spor İl Müdürü Numan Hafiz Şahin Xəzər Universiteti ilə həyata keçirilən mübadilə proqramı haqqında millət vəkillərinə geniş məlumat verib. Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru, qrupun rəhbəri Əlövsət Əmirbəyli Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının və Universitetin rektoru İradə xanım Xəlilovanın salamlarını çatdıraraq bu kimi beynəlxalq mübadilə proqramlarının gənclər üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. O, Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ Düyünü” kitabını, Xəzər Universitetinin Şuşa plaketini və Azərbaycanın Milli Brendi Azərçayın hədiyyəsini millət vəkili Şamil Ayrıma təqdim edib.  Millət Vəkilləri Şamil Ayrım və Hacı Turan Xəzər Universitetinin tələbələrini Ankarada qonaq etməkdən məmnun olduqlarını bildiriblər. Millət vəkili Şamil Ayrım nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edib. Sonda xatirə şəkilləri çəkilib.

Ankarada Məmmədəmin Rəsulzadənin məzarında 

Türkiyə Cumhuriyyəti Gənclər və İdman nazirliyi Türkiyə-Azərbaycan gənclərin mübadiləsi proqramının protokoluna uyğun olaraq Xəzər Universitetinin nümayəndə heyəti və nazirliyin əməkdaşları Cəbəci əsri məzarlığında yerləşən Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər. Məzarın üstünə qərənfillər qoyulub.
Qrupun rəhbəri Əlövsət Əmirbəyli Məmməd Əmin Rəsulzadənin həyatı və yaradıcılığı haqqında tələbələrə məlumat verib. Həmin gün axşam Kırşehir millət vəkili Mustafa Kendirli Türkiyə Böyük Millət Məclisinin misafir salonunda Xəzər Universiteti nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edib. Sonra, nümayəndə heyəti proqrama uyğun olaraq Ankaradan Kırşehirə yola düşüblər.
Xatırladaq ki, növbəti günlərdə Kırşehir, Nevşehir və Kapadokyada görüşlər davam etdiriləcək. Nümayəndə heyətinin Media Qrupu tərəfindən görüşlər haqqında məlumat ictimaiyyətə çatdırılacaq.

Xəzər Universitetinin nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli və Türkiyə Gənclər və İdman Nazirliyi Kırşehir İl müdürü Numan Hafiz Şahin Külliyədə Cümhurbaşkanlığı protokol xidmətinin rəhbəri, sabiq səfir Ərkan Özoralı ziyarət ediblər. Görüşün sonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının yeni nəşr olunmuş “Mənim Qarabağım və ya Qarabağ Düyünü“ kitabı, universitetin Şuşa plaketi və Azərbaycanın milli brendi olan Azərçayın hədiyyəsi təqdim edilib.

 

 

 

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər