BAKU Azərbaycan
25.05 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Gənclərimiz vətənpərvərlik hislərini özündə yaşatmaqla hər zaman Prezident İlham Əliyevin dövlətçilik kursuna sadiqliyini nümayiş etdirir

 Hazırda Azərbaycan gəncliyi sözün əsil mənasında rifah və inkişaf dövrün yaşayır. Ölkədə aparılan uğurlu iqtisadi-sosial islahatlar cəmiyyətimizin hər bir səhəsində olduğu kimi gənclərində milli-mənəvi inkişafına böyük təkan verir. Dövlətimiz tərəfindən gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırması, cəmiyyətdə layiqli yer tutmalarının təmin edilməsi istiqamətində lazımi şərait yaradılıb,müvafiq hüquqi sənədlər əsasında öz əksini taparaq hökumət qurumları tərəfindən icrası həyata keçiriliib. Bütün əldə olunan nailiyyətlər gənclərimizin milli-mənəvi dəyərlərə əsaslanan inkişafına təminat yaradır. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən edib. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sferalarında öz fəallıqları ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi üçün müvafiq dövlət qurumunun yaradılması, həmçinin beynəlxalq hüquqi normativ bazanın formalaşdırılması, qəbul edilmiş dövlət proqramları gənclərimizin ictimai- siyasi aktivliyinin formalaşdırılması istiqamətində yüksək səviyyəli ifrastruktur bazasını təşkil edir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

 Bu gün Azərbaycan gəncliyi ölkəmizin fəal sosial bazasını təşkil edir. Prezident İlham Əliyevin sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub. Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilib. Paytaxt və regionlarda “Gənclər mərkəzi”, “Gənclər Evi”nin yaradılması bu sosial bazanın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Hazırda ölkədə aparılan kadr islahatları da məhz bu qanunda edilən dəyişikliklərdəki müddəalarla səsləşir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi bu islahatların özü qədər diqqətçəkici məqamdır. Bu, dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür. İnkişaf edən ölkəmizdə rəqabətə davamlı gənc kadrlar formalaşdırmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin gənc kadr potensialını gücləndirir. Prezident İlham Əliyev gənc kadrlara olan inam və etimadını belə bildirir: “Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir”. Kadr seçimində bu yanaşma təbii seçmə üsulu ilə aparılmaqla, düşünülmüş və dövrün çağırışlarından irəli gəlir və əlbəttə ki, perspektiv planları özündə əks etdirir.

Gənclərimiz xaricdə Azərbaycan həqiqətlərini, Xocalı faciəsini tanıdırlar. Əsas məqsəd yerlərdə ictimaiyyəti Xocalı faciəsi haqqında düzgün informasiya ilə təmin etmək və məlumatlandırmaqdır. Azərbaycan milli irslərinin tarixini, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlər məhz gənclərimiz tərəfindən bu gün çox mühüm rol oynayır. Bu gün dünyada Azərbaycan gənclər təşiklatlanıblar. Müxtəlif ölkələrdə çoxlu sayıda gənclər təşkilatlarımız öz fəallığı ilə seçilir. Bu baxımdan “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradılması çox müsbət haldır. Bu Şəbəkə xaricdəki gəncləri birləşdirərək motivə edib. Əlbəttə ki, bu siyasət Prezident İlham Əliyevin yalnız təhsilə ayırdığı böyük diqqətin nəticəsi ilə yetmədi, eləcə də gənclərimizə diqqətin hər zaman müşahidəsinin nəticələrinə yaxın keçmişə baxanda Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun yaranması bir daha sübut etdi ki, gənclər onun daima diqqət mərkəzindədir. Bunu qəbul olunan xaricdə təhsil haqqında 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramının davamı olaraq “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı sübut edir. Ümumiyyətlə, Prezindet İlham Əliyev tərəfindən gənclərin rifahına xidmət edən bir sıra mühüm Dövlət Proqramları təsdiq edilib.  Bu siyasətin arxasında isə əslində bir gözlənti durur. Xaricdə yüksək keyfiyyətli təhsil alan Azərbaycanlı tələbələr əldə etdikləri bilikləri məhz vətənə qayıdaraq Azərbaycana tətbiq edib, Azərbaycan təhsilini və digər sahələri inkişaf etdirməlidirlər. Gənclərimiz də bilməlidirlər ki, onlar müstəqil Azərbaycanın gələcəyinin qurulmasında və inkişafında məsuliyyət daşıyırlar.

 Bu gün gənclərimiz mənəvi inkişafları milli dəyərlərə üstünlük verməlidirlər. Bu gün Azərbaycan gəncləri vətəndaş mövqeyini ortaya qoya bilib. Gənclərimiz vətənpərvərlik hislərini özündə yaşatmaqla hər zaman cənab Prezidentin dövlətçilik kursuna sadiqliyini nümayiş etdirir.

 

Paşazadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Bütün xəbərlər