BAKU Azərbaycan
29.97 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Prezident İlham Əliyev cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxış etmiş və bir çox mühüm məsələlərə toxunmuşdur. Prezident qeyd etmişdir ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülmüş, böyük infrastruktur layihələri icra edilmiş və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılmışdır.

Rayonların sosial-iqtisadi inkişafı məsələləri daima dövlətin diqqət mərkəzindədir. Belə ki, rayonlarda elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunmuş, hər bir rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər və digər sosial təyinatlı binalar inşa olunmuşdur.

Ayrı-ayrı rayonlarda müxtəlif infrastruktur layihələrinin davamlı icrası həyata keçirilir. Məsələn, Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Lakin biz imkan daxilində bütün işləri görməklə insanların rifah halı yaxşılaşdırmağa başlamışıq. Bölgələrdə yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Həyata keçeirilən yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Yerli sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edir və uğurla müxtəlif işlər görürlər.

Qeyd olunmuşdur ki, ölkə əhali sürətlə artır. Əgər Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün onun sayı 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın və ödənişli sosial işlərin yaradılması geniş vüsət alsın. Bu sahədə işlərimiz uğurla davam edir.

Prezident bildirmişdir ki, bir neçə keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuş, bəziləri haqqında məhkəmə hökmü verilmiş, bəzilərinin işləri isə hələ də məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz və olmayacaqda.

Rayon İcra başçıları daima insanlarla təmasda olmalıdır. İcra başçıları bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaqdır. Hər bir İcra başçısı öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidir. Ümumiyyələ, ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürməlidir. Bu bizim əsas məqsədimizidr.

Ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan cəmiyyətində hakimiyyət-xalq həmrəyliyi yaranmışdır. Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, Prezidentin xarici və daxili siyasəti dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilmiş və ölkəmizin beynəlxalq nüfuzunu gücləndirməyə xidmət edir.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər