10.02.2023 / 10:31
Deputatlar da Türkiyəyə yardıma qoşuldu - FOTO
Milli Məclisin deputatları Türkiyəyə yardım kampaniyasına başlayıblar.
"Xeber 7" məlumat verir ki, onlardan bir qismi bu gün Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində olublar.
Deputatlar yük maşını ilə gətirdikləri yardımları daşıyaraq Kompleksə gətiriblər. Parlament rəsmiləri arasında İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Mahir Abbaszadə, Anar Məmmədov, Rəşad Mahmudov, Məşhur Məmmədov, Etibar Əliyev, İqbal Məmmədov, Elnur Allahverdiyev olub.