BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

17 fevral 2023-cü il tarixində Bosniya və Herseqovinanın Zenitsa şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi və  "Be A Flower" dərnəyinin tərəfdaşlığı ilə “Türkün Şanlı Zəfəri” layihəsi çərçivəsində tədbir təşkil edilmişdir. Tədbirdə 4 ölkədən, Bosniya və Herseqovina, Azərbaycan, Türkiyə və Belçikadan qonaqlar, gənclər, qazilər və Srebrenitsa şəhidlərinin ailələri iştirak ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Bosniya və Herseqovinanın, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. Daha sonra layihənin koordinatoru, Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova layihə, 44 günlük Qarabağ müharibəsi və Zəfərin tarixi haqqında məlumat verib. Çıxışdan sonra 44 günlük müharibədən bəhs edən videoçarx izlənilib . “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Xocalı və Srebrenitsa soyqırımları və təşkilatın fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Azərbaycan Gənclər Fondunun nümayəndəsi Pərvanə Cəlallı fondun gördüyü işlər və könüllülük fəaliyyəti haqqında geniş  məlumat verib. “Be A Flower” dərnəyinin rəhbəri Nazlıhan Günaydın Azərbaycan, Türkiyə və Bosniya və Herseqovinada dostluq və qardaşlığın əhəmiyyətinə diqqət çəkərək, birlikdə həyata keçirilə biləcək layihələr haqqında danışıb. Bosniya və Herseqovina Qazilər Dərnəyinin rəhbəri Harun Hodzic çıxışına şəhidlərə rəhmət və qazilərə təşəkkürlə başlayıb. O, belə layihələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədbirin moderatorluğu “Be A Flower” dərnəyinin Bosniya və Herseqovina nümayəndəsi Elvisa Kovakeviç tərəfindən və Türk - Bosniya və Herseqovina dillərində tərcümə edilib. Həmçinin tədbirdə Azərbaycan Gənclər Fondunun əməkdaşı Təhminə Həmidli, Zenitsa Universitetinin rektoru Yusuf Durakoviç, Dos. Dr. Sedat Dediç də iştirak edib. İki saat davam edən tədbir sonunda spikerlərə təşəkkür plaketləri, Azərbaycana aid hədiyyələr, xarıbülbül döş nişanları, Azərbaycan bayraqları, "Xocalıya ədalət" kampaniyası çərçivəsində hazırlanmış broşürlər, bukletlər, bilərziklər təqdim olunub, xatirə şəkli çəkdirilib.

image-ddbbae2a-8ffc-4124-8ed7-9fa010f63e81

image-e3cd344a-c47c-4b13-94db-276d4ec5d56b

image-294d0a3c-72e2-4a33-b30a-5d91f8b5918b

image-28f3bad1-00ac-4ab3-8519-273f79d33c72

image-9bdf2582-0cd2-48af-91e3-1a8d8a5dae2c

 

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər