BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547























Məişət zorakılığı zəminində fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizəni özündə ehtiva edən "Şiddətə yox de!” adlı qısametrajlı film çəkilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyinin həyata keçirdiyi “Zorakılıq hallarına qarşı mübarizədə müasir metodların təbliği” adlı layihəsi çərçivəsində ərsəyə gələcək qısametrajlı film geniş arenada təbliğ olunacaq. Layihənin rəhbəri Ramiz Alıyevin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və əsas məqsədi "Şiddətə yox de!” adlı qısametrajlı film vasitəsi ilə cəmiyyəti məişət zorakılığı, cinsi zorakılıq hallarına və ümumiyyətlə insan alverinə qarşı maarifləndirilməsindən ibarətdir. Layihə çərçivəsində çəkiləcək film sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitəsilərində yayımlanıb.
R.Aliyev onu da bildirib ki, məişət zorakılığı zəminində qadınlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizədə beynəlxalq və yerli səviyyədə davamlı iş aparılır. Beynəlxalq hüquqi normalarda, yerli qanunverici bazamızda qadınlara qarşı baş verən hər hansı zorakılıq halları ilə bağlı kifayyət qədər müddəalar var. Həyata keçirilən işlər nəticəsində Azərbaycanda məişət zorakılığı ilə bağlı statustika müsbət dimanika üzrə azalır. Belə ki, 2000-ci illərin əvvələrində bu istiqamətdə olan mənzərəyə nəzər salanda son illərdə məişət zorakılığı ilə bağlı vətəndaşların məlumatlı olması sevindirici haldır. Artıq istər Bakıda eləcə də regionda qadınlar bu problemlə üzləşdiyi halda atacağı addımları bilir və müvafiq orqanlara müraciət edirlər. 
Bununla yanaşı cəmiyyətdə zorakılıqla bağlı problem köklü həll olunan problemlər sırasında yer almır. Təəssüflər olsun ki, cəmiyət inkişaf etdikcə zorakılıq halları olur və bu istiqamətdə daimi maarifləndirmə işinin həyata keçirilməsi günümüzün əsas tələbidir. Belə ki, baş verən zorakılıq halları həm ailə institutunun zəifləməsinə, həm ailələrdə böyüyən uşaqların psixologiyasına həm də qadınların həyat və şəraitinə mənfi təsir göstərir. 
Onun sözlərinə görə, aparılan araşdırmalar onu deməyə əsas verir ki, məişət zorakılığının geniş yayılmasına səbəb cəmiyyətdə gücün və səlahiyyətin kişinin əlində cəmlənməsi, patriarxal təsəvvürlərin, toksik maskulin davranışların, kişinin qadına tabe olması kimi dini inancların sosial norma sayılmasıdır. Pekin Fəaliyyət Planında da deyildiyi kimi “qadına qarşı şiddət tarixən qadın və kişi arasındakı qeyri-bərabər güc münasibətlərinin təzahür formasıdır ki, bu da kişilərin qadınlar üzərində dominantlığına və qadınların diskriminasiyasına, eləcə də qadınların hərtərəfli inkişafının qarşısının alınmasına gətirib çıxarmışdır” 
Məişət zorakılığının cəmiyyətdə ayaq açıb yeriməsinə məhz elə cəmiyyətin bu işdə birbaşa və ya dolayı yolla iştirakı səbəb olur. Məişət zorakılığı qohum-tanışlar, bir məhəllədə yaşayan adamlar, qapı qonşuları kimi cəmiyyətin ailənin əhatəsində olan nümayəndələrinin törədilmiş zorakılığa bəraət qazandırması, günahı hər zaman qurbanda görməsi, ənənəvi olaraq kişilərin dominant və partnyorlarını nəzarətdə saxlamalı olduğu inancı ilə daha da sosial yüklü bir bəlaya çevrili

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər