BAKU Azərbaycan
23.19 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Eko Aləm İctimai Birliyi 1 iyul 2023-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin  araşdırılması” layihəsinin icrasına başlamışdır. Bu haqda Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva saytımıza məlumat verib.

Sevil Yüzbaşeva deyib ki, layihənin əsas ideyası iqlim dəyişikliyi ilə mübarizədə önəmli əhəmiyyət kəsb edən yaşıllıq ərazilərin mühafizəsinə və qorunmasına ictimaiyyətin diqqətini cəlb etməkdir: “Bu sahədə görülən işlərində araşdırılması və ictimaiyyətin diqqətinə çatdırılmasına da ehtiyac duyulur ki, insanlar bunun hansı zəhmətlər qarşısında başa gəldiyini bilsin və ətraf mühitə diqqətlə yanaşsın. Bildiyimiz kimi, Azərbaycan Respublikası Qafqazda ən az içməli su ehtiyatına malikdir. Yaşılıqların inkişaf etdirilməsi işi su olmadan mümkün deyildir. Bu səbəbdən də ölkəmizdə, müasir təcrübə olan dəniz suyunun duzsuslaşdırılaraq istifadə edilməsinə başlanılmışdır. Atrıq 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi tikilərək istifadəyə verilib. Bu kompleksin fəaliyyəti nəticəsində bir sıra ərazilərdə, eləcə də yol kənarında yaşılıqlar salınmışdır. Layihə işi çərçivəsində bu kompleksin fəaliyyəti və istehsal olunan sudan istifadə edilən sahələr, salınan yaşılıqların inkişaf səviyyəsi araşdırılacaq və həmin yaşıllıq ərazilərdə vizual monitorinqlər həyata keçiriləcək, eləcədə Xəzər dənizinin çəkilməsinin bu kompleksin və salınan yaşılıqların inkişafına təsirləri araşdırılacaq. Araşdırma nəticəsi olaraq yekun hesabat sənədi hazırlancaq və ictimaiyyətin diqqətinə çatdırılmaq üçün təşkilatın saytında yerləşdiriləcək”.

Qeyd edək ki, layihə işini ölkəmizin dörd rayonunda; Salyan, Şamaxı, Qəbələ və Goranboyda həyata keçirilməsi planlaşdırılmışdır.

Son xəbərlər

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Bütün xəbərlər