BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Müasir İnkişaf” İctimai Birliyi 01 iyul – 31 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq – dünya azərbaycanlılarını birləşdirən ideologiya” adlı layihə həyata keçirir. Layihə çərçivəsində növbəti - üçüncü tədbir Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzində şəhid ailələri, Qarabağ müharibəsi qaziləri, hərbiçilər, müəllimlər, mədəniyyət işçilərinin iştirakı ilə keçirilib.

Tədbirdə ilk olaraq çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin əməkdaşı Tariyel Didarov azərbaycançılıq ideologiyasından, ümumillilider Heydər Əliyevin və prezident İlham Əliyevin fəaliyyətindən söz açıb. O, eyni zamanda Xaçmaz rayonunda görülən işlərdən də bəhs edib.

Daha sonra şəhid Kərəm Veysovun anası Nərgiz Veysova oğlunun şücaətindən, şəhidlərimizin qanları ilə tarix yazmasından danışıb.

“N” saylı hərbi hissənin zabiti mayor Taleh Balabəyov azərbaycançılıq ideologiyasının formalaşması və inkişafından ətraflı bəhs edib. T.Balabəyov azərbaycanlı ziyalıların gördükləri işləri sadalayıb, sovet dövründə və müstəqillik zamanındakı ideoloji fəaliyyətlərdən danışıb. O, ümummilli lider Heydər Əliyevin sovet dövründə və müstəqillik zamanındakı fəaliyyətini iştirakçıların diqqətinə çatdırıb. Mayor Balabəyov 44 günlük müharibədən, prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan nəticələrdən də bəhs edib.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova ümummilli lider Heydər Əliyevin fəaliyyətini, onun müxtəlif sahələr üzrə etdiyi çalışmaları təhlil edib.

Sonda “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, BDU-nun müəllimi  Mübariz Göyüşlü azərbaycançılıq ideologiyasının yaranması və inkişafı haqqında danışıb. O, Rusiya tərəfindən xanlıqlar şəklində işğal olunan torpaqlarımızın Azərbaycan Xalq Cümhuriyyəti şəklində azad olmasını o dövrün ziyalılarının qəhrəmanlığı kimi qeyd edib. M.Göyüşlü daha sonra sovet dövründə ziyalılarımızın müstəqillik üçün çalışmalarını sadalayaraq Azərbaycan Respublikasının müstəqillik illərindən, azərbaycançılıq ideologiyasının daha da formalaşmasından da söz açıb. O, Qarabağın azadlığının ölkəmizin inkişafına mühüm təsir göstərəcəyini qeyd edib, bundan sonra prezident İlham Əliyevin rəhbərliyi altında güclü Azərbaycan qurmaq üçün çalışmağı zəruri hesab edib. M.Göyüşlü bütün dünya azərbaycanlılarının azərbaycançılıq ideologiyası altında birləşərək güclü Azərbaycanı quracağına inandığını vurğulayıb.

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər