BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yaraşıqlı və müasir turizm obyektlərinin ətrafı zibil qalaqları ilə əhatələnib, qanunsuz balıq ovçularının tərk edilmiş qayıq və sintetik torları ətrafda gözə dəyir…

Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Bu dəfə layihə çərçivəsində Lənkəran və Astarada Xəzər sahilinin çimərlikləri barədə müşahidələrimizi təqdim edirik.

Lənkərandakı dəniz sahili mövsüm vaxtı daha kütləvi istismar olunur, ölkənin digər yerlərindən gələn daxili turistlər, eləcə də az-az rast gəlinən xarici turistlərin hesabına bu çimərliklər daim dolu olur. Ötən il bu sahədə apardığımız müşahidələr də eyni vəziyyəti göstərirdi. Onu da qeyd etmək lazımdır ki, buranın qara vulkanik qumları müalicəvi əhəmiyyətə malikdir, suyu isə bütün Xəzər dənizi sahillərində ən duru su hesab olunur. Müşahidələrimizə əsasən deyək ki, burada çirklənmə səviyyəsi daha çoxdur. Bundan başqa, Lənkəran şəhərinin sahilə yaxın olması da çirklənmə səviyyəsini artırır. Əhali ilə apardığımız söhbətlərdən və müşahidələrimizdən o qənaətə gəlmək olur ki, Lənkəranda fərdi yaşayış evlərində formalaşan tullantı suların bir hissəsi birbaşa Xəzər dənizinə axıdılır. Eləcə də, şəhərin mərkəzində yerləşən binalar, müəssisə və qurumlardan çirkab və tullantı suları dəmiryol vağzalının qarşısındakı boru ilə dənizə tökülür. Tullantı suların Xəzərə töküldüyü sahələr isə çimərliklərdir. Bu isə ekoloji vəziyyəti pisləşdirməklə bərabər, çimərlikləri çirkli və yararsız hala salır, ərazidəki təbii axarlara və kanallara öz mənfi təsirini göstərir. Nahaq yerə deyil ki, burada aparılmış dəniz suyunun monitorinqləri çirklənmə səviyyəsinin normadan çox olduğunu göstərir. Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan, tullantı suları heç bir təmizləmə prosesindən keçmədən dənizə axıdılır. Digər tərəfdən, sahil və çimərlik ərazilərinin insanlar tərəfindən çirkləndirilməməsinə nəzarət zəifdir. Nəticədə tullantılara məruz qalan çimərliklərdən istifadə mədə-bağırsaq və dəri xəstəliklərinin yaranması riski yaradır. Burada da brakonyerlik, sintetik torlardan istifadə və sahil ərazilərin müxtəlif balıqçılıq ləvazimatları, plastmas tullantılarla ilə çirkləndirilməsi tipik xarakter daşıyır.

Astaranın dəniz sahili nisbətən təmiz və daha az antropogen təsirə məruz qalsa da, burada da ətraf mühit məsələsi aktualdır. Astaranın çimərlikləri qonşu Lənkərana nisbətən daha təmiz, daha az turist qəbul edən olsa da, turizm potensialı böyükdür. Son zamanlar rayonun ərazisində Xəzər sahilində yerləşən bir sıra kəndlərdə standartlara uyğun çimərliklərin salınması, turizm obyektlərinin sayının çoxalması müşahidə edilir. Məsələn, layihə çərçivəsində baş çəkdiyimiz Şahağacı, Qamışlı və s. ərazilər bu baxımdan misal çəkilə bilər. Bununla belə, bu cür obyektlərin fəaliyyətə başlaması ilə sahilin Bakıdakı və qonşu Lənkərandakı kimi çirklənməsinin əsası qoyulub. Belə ki, çimərliklərdə təmizliyə riayət edilmir. Sahibkarlar, əhali və eləcə də müvafiq qurumların bu yöndə fəaliyyətini və diqqətini artırmalarına ehtiyac var. Sahil boyunca bir sıra yerlərdə çox səliqəsiz mənzərənin, hətta açıq brakonyerliyin, ölkədə satışı və istifadəsi qadağan olunmuş sintetik torların qurulduğunun, köhnələrinin dəniz sahilini zibilliyə çevirdiyinin şahidi olursan. Əhali ilə söhbətlərdən o qənaətə gəlirik ki, bu cür sintetik torlar ərazidə kütləvi istifadə olunur və müvafiq qurumların buna göz yummasının səbəbi brakonyerliyə münbit şərait yaradıb. Nəticədə, yaraşıqlı və müasir turizm obyektlərinin ətrafının zibil qalaqları, qanunsuz balıq ovçularının tərk edilmiş qayıq və sintetik torlarla əhatələnməsinin şahidi oluruq ki, bu da nəinki ekoloji, həmçinin turistik baxımdan da qəbuledilməzdir və əcnəbilərdə ölkə barəsində neqativ təəssürat oyada bilər.

Qeyd edilənlərdən əlavə, Lənkəranın vətəgə əhəmiyyəti daşıyan və daşımayan çaylarında, digər su hövzələrində brakonyerlərin suya tokvermə üsulu ilə balıqları tələf etdiyi barədə də çoxlu söhbətlər eşitdik. Bu da brakonyerliklə bağlı təhlükəli məqamlardandır. Bu bölgədə də əhalinin məşğulluq məsələlərinin tam həlli, eləcə də müvafiq qurumların su hövzələrinin və onlardakı bioresursların qorunması ilə bağlı vəzifələrini daha məsuliyyətlə yerinə yetirməsi lazımdır ki, bu sahədə arzuolunmaz hallara rast gəlinməsin…

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər