BAKU Azərbaycan
29.54 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Milli Məclisin yaz sessiyası və növbədənkənar sessiyası yekunlaşdıqdan sonra deputatlar tətilə çıxdılar. Parlamentin iyulun 15-dən başlayan yay tətili avqustun 31-nə qədər davam edəcək.

Bəs maraqlıdır, deputatlar ölkədə, yoxsa xaricdə istirahət etməyi üstün tuturlar?

“Xeber 7” məlumat verir ki, Modern.az bu sualla bir neçə deputata müraciət edib.

Deputat Aqil Abbas istirahət zamanını Bakıda - evində dəyərləndirdiyini söyləyib: “Yaradıcılıqla məşğulam. Milli Məclislə əlaqədar işləri yekunlaşdırmışıq. Məqalələrim var, onları hazırlayıram. Mənim istirahətim elə budur”.

Deputat Fazil Mustafa da istirahətini Bakıda keçirəcək: “Mən hələ paytaxtdayam. İşlərimi yekunlaşdırandan sonra 2-3 günlük hansısa rayona gedərəm. Amma ölkədə olacağam”.

 

 

Deputat Naqif Həmzəyev də harada istirahət edəcəyini artıq planlaşdırıb. Deputat ölkədən kənarda dincəlməyi düşünmür: “Biz məzuniyyətdə olsaq da, seçicilərlə işlərimizə davam edirik. Əslində, indi daha çox vaxtımız var ki, yerlərdə olaq, problemləri canlı dinləyək, sorğuları qəbul edək. Çalışacağıq ki, bu fürsətdən istifadə edib, seçicilərin problemlərinin öyrənilməsini daha da aktivləşdirək.

 

İşlərlə bərabər qısa müddət ayırıb, istirahət etməyi düşünürəm. Amma bu da aktiv istirahət olacaq. Çünki bu tərzdə dincəlməyi daha çox sevirəm. Gəncə ətrafındakı səfalı yerlərdə, Daşkəsən, Göygöl, Gədəbəy ərazilərində baha olmayan dilbər guşələr var. Ona görə, bu tərəflərdə istirahət edəcəyik.

 

Həmçinin gənclər üçün yay düşərgələri də təşkil edilir. Mən həmin düşərgələrdə təlimçi kimi iştirak edəcəyəm. Onlarla ünsiyyətdə olmaq, fikirlərini dinləyərək əyləncəli şəkildə istirahət etmək hər zaman mənim üçün maraqlıdır. Məzuniyyətdə olsaq da, seçicilərin müraciətlərini dinləməyə hazırıq, rahatlıqla əlaqə qura bilərlər”.

 

Gənc deputat Cəbi Quliyev də məzuniyyəti iş başında qeyd edir: “Mən çox zaman məzuniyyəti də iş başında dəyərləndirirəm. Bilirsiniz ki, Milli Məclisdə təmsilçiliklə bərabər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin idarə heyətinin üzvüyəm. Ona görə, hazırda gənclərin yay düşərgələri, onların yay istirahətinin səmərəli təşkili ilə bağlı müxtəlif layihələr üzərində işləyirik. Ona görə, hər şeydən uzaqlaşıb, tətilə çıxmağa fürsətim olmayıb. Milli Məclis tətilə çıxdığı gündən Naxçıvandayam. Buradakı fəaliyyətləri başa çatdırdıqdan sonra təxminən 10 günlük bir istirahət götürməyi, ailəmlə birlikdə ölkə daxilində tətil etməyi planlaşdırıram”.

Deputat Vüqar İsgəndərov isə İstanbulda işgüzar səfərdədir. Deputat avqust ayının sonuncu on günlüyündə tətil edəcək:  “Parlament artıq məzuniyyətə çıxıb. Deputat seçildiyim gündən indiyə qədər öz istirahətimi Azərbaycanda keçirmişəm. Hər il avqustun sonuna qədər Bakıda iş başında oluram. Bu il də işlərimi həll edəcəyəm və avqustun ikinci ongünlüyündən sonra doğulduğum və təmsil etdiyim Şəki şəhərində, ailəmlə birlikdə istirahət edəcəyəm”.

Deputat Kamilə Əliyeva da parlamentdə təmsil etdiyi doğma bölgəsinə yollanır: 

“Bu il də istirahətimiz hər il olduğu kimidir. Adətən, mən istirahətimi ölkədə keçirirəm. Heç vaxt xarici ölkələrə dincəlməyə getmirəm. Bu il də həmişə olduğu kimi Azərbaycanın dilbər guşələrində olacağam. Xüsusilə, təmsil etdiyim Zaqatala-Balakən rayonlarında seçicilərimin yanında olmağı üstün tuturam.

Hər iki rayon turizm cəhətdən əlverişli olduğuna görə, həm istirahətim, həm də seçicilərimlə görüşlərim üçün imkanım olacaq. Bundan əlavə, hər il gəzmədiyimiz, Azərbaycanın hansısa rayonunda kəndində olmamışıqsa, onları da gəzə biləcəyik. İstənilən halda ölkədəyəm”.

Deputat Cavid Osmanov da istirahət üçün xaricə getməyən parlamentarilərdəndir: “Bizim yay tətilimiz iyulun 15-i başlayır. Bu müddəti ölkə daxilində keçirəcəyəm. Ağdaş rayonunda olmağı üstün tuturam. İstirahətdən çox işgüzar fəaliyyətlə məşğul olacam. Seçicilərimizlə, xüsusilə şəhid ailələri və qazilərlə görüşlər planlaşdırıram”.

 

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər