BAKU Azərbaycan
28.35 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Vikipediya”da fəal olmağımız zamanın tələbidir. Son illər könüllülər arasında “Vikipediya”da məqalə yaratmağa böyük həvəs yaranıb. “Vikipediya” həm də təbliğ nöqteyi-nəzərindən uğurlu internet platformasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsi inkişaf etməkdə olan seqmentdir. Hər gün bu platformanın Azərbaycan dili bölməsində məqalələrin sayı artır və ya məlumatlar redaktə edilərək zənginləşdirilir. Artıq Azərbaycan dili bölməsində 185 mindən çox məqalə var. Fəallıq və intensivlik yaxşıdır və proses sistemli şəkildə davam edir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Vikipediya”da yeni könüllülərin cəlb olunması ilə bağlı keçirilən təlimlər öz müsbət nəticəsini verir. Ali məktəblərin tələbələri prosesə öz töhfələrini verirlər. Yeni könüllü qruplar yaradılır. Hesab edirəm ki, fəallıq daha da artırılmalıdır. Ölkənin vətənpərvər, intellektual insanları prosesə daha çox öz töhfələrini verərlərsə, doğma dilimizdə məqalələrin sayı daha da artar.
“Vikipediya” bir ölkənin tarixinin, xalqın milli-mənəvi dəyərlərinin, görkəmli şəxsiyyətlərinin tanıdılması üçün də uğurlu platformadır. Bu gün “Vikipediya”nın xarici dil bölmələri sürətlə inkişaf edir. “Vikipediya” bizə təbliğat baxımından da bir sıra imkanlar yaradır. Bundan düzgün yararlanmaq və istiqamətlənmək olduqca önəmlidir. Xarici dilləri mükəmməl bilən şəxslər bu prosesdə fəal iştirak edərlərsə, uğurlu nəticələrin olması gözləniləndir. Son illər “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri və könüllüləri bu onlayn ensiklopediyanın Azərbaycan və xarici dili bölmələrində ölkəmizlə bağlı uğurlu məqalələr yaradır və zənginləşdirirlər. Bu işdə peşəkar tərcüməçilər fəal iştirak edirlər. Müasir informasiya texnologiyaların inkişaf etdiyi vaxtda “Vikipediya”da fəal olmağımız labüddür. Həm də zamanın tələbidir”,- deyə Elnur Eltürk bildirib.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər