BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Münxen şəhərinin tanınmış Sənətkarlar Evində (Münchener Künstlerhaus) konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bavariya Lantaqının (əyalət parlamenti) deputatları, əyalətin hökumət qurumlarının təmsilçiləri, Münxendə akkreditə olunmuş konsullar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Bavariyada yaşayan Azərbaycan, türk, yəhudi və digər icmaların fəalları iştirak ediblər.

Tədbirin başlanğıcında səfirlik tərəfindən hazırlanmış “Azərbaycanda alman irsi” adlı qısa film nümayiş olunub.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında ölkələrimizin münasibətlərinin qədim tarixə malik olduğunu, Azərbaycanda ilk alman məskənlərinin təxminən 200 əvvəl qurulduğunu, o zamandan etibarən almanlar və azərbaycanlılar arasında xoş və mehriban dostluq münasibətlərinin təşəkkül tapdığını qeyd edib. Azərbaycan-Almaniya münasibətlərinin müasir vəziyyətinə toxunan səfir, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin dərinləşməsində mühüm rol oynadığını vurğulayıb. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin mart ayında Almaniyaya uğurlu səfər etdiyini bildirən diplomat, sözügedən səfərin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığını söyləyib.

N.Ağayev ikitərəfli iqtisadi münasibətlərdən də bəhs edərək, Bavariya əyalətindən olan şirkətlərin bu münasibətlərdə xüsusi yerinin olduğunu, Almaniya ilə həyata keçirilən ticarət dövriyyəsinin təxminən üçdəbirinin bu əyalətin payına düşdüyünü və Bavariyanın 177 şirkətinin Azərbaycanla əməkdaşlıq etdiyini deyib. Səfir əyalətlə olan iqtisadi əlaqələrin yaxın gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Bavariya Landtaqının CSU (Xristian Sosialistlər İttifaqı) fraksiyasının sədr müavini Aleksandr Köniq qeyd edib ki, Bavariya ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin böyük potensialı var. Deputat, həmçinin son dövrlər Azərbaycanın Avropa, o cümlədən Almaniya üçün enerji təchizatçısı kimi rolunun artdığını vurğulayıb. O, əməkdaşlığın bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Çıxışlardan sonra Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı musiqiçilər - pianoçu Nərmin Nəcəfli və opera müğənnisi Mərziyə Hüseynova Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Sənətçilər tərəfindən ifa olunan dahi Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Vaqif Mustafazadə, Niyazi və Adil Bəbirovun, eləcə də avropalı bəstəkarlar Frederik Şopin, Robert Şuman və Çarls Qunodun əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər