BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İyunun 13-də Azərbaycan Dillər Universitetində Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun nümayəndə heyəti  ilə görüş keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında sıx dostluq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında bütün sahələrdə, xüsusən də elm və təhsil sahəsində davam edən əməkdaşlığın müsbət nəticələrini görə bilərik:
“ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri öz işində elmi əməkdaşlığı ön plana çəkir. Bu da elmi əməkdaşlığımızın inkişafına və əlaqələrimizin daha da möhkəmlənməsinə şərait yaratmış olur”.
Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru Dilnoza Xocayeva səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, universitetlər arasında əməkdaşlığın qurulması olduqca mühüm əhəmiyyət kəsb edəcək. Bu əməkdaşlıq müəllim-tələbə mübadiləsinin aparılması, qarşılıqlı öyrənmə və təcrübə baxımından yeni imkanların əldə olunmasına şərait yaratmış olacaq.
ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, bu mərkəzlər müəllim və tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər görməkdədir.
Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru Dilnoza Xocayeva akademik Kamal Abdullanın rəhbərlik etdiyi ali təhsil ocağının Fəxri doktoru seçilməsini universitetin elmi-pedaqoji həyatı üçün əlamətdar hadisə kimi dəyərləndirib və Fəxri doktor mantiyasını ona təqdim edib.
Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Kokand Dövlət Pedaqoji İnstitutunun rəhbərliyinin Azərbaycana səfəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə həyata keçirilir və İnstitut rəhbərliyinin Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və digər ali təhsil ocaqlarımızda görüşlərin keçirilməsi, əməkdaşlıq məsələlərinin müzakirə edilməsi nəzərdə tutulub.

image-7e9400a1-dc42-45a4-b95a-fb2c21a647b0 image-8e81fb55-95b0-4379-be11-d55daba58f68 image-b0364fea-62e5-4354-b7c8-661a31cbe32f image-ea13431b-3b0c-4dca-83cc-40334ebb26b1

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər