BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Noyabrın 12-də azərbaycanlıların kompakt yaşadığı Marneulidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib. GAXA-nın məlumatına görə, möhtəşəm tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı ilə baş tutub. Məlumata görə, konserti öncə Marneulidəki İnyeqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov açaraq konsert iştirakçılarını salamlayıb. O, çıxışında tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. M. Muradov bildirib ki, Ulu Öndər dünyanın hansı ölkəsində olmasına baxmayaraq, bütün dünya azərbaycanlılarının qayğısına qalmış, onların sosial problemlərinin həlli üçün əlindən gələn köməyi əsirgəməyib. O, Gürcüstana rəsmi səfərlərində ölkəmizdə yaşayan azərbaycanlılara hər zaman diqqət və qayğı göstərib. Bunun üçün biz Gürcüstan azərbaycanlıları olaraq dahi şəxsiyyətə hər zaman minnətdarıq. Ulu Öndərin bu qayğı və diqqəti Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq əlaqələrində özünü daim biruzə verib. Biz bünun üçün Ümummilli Lider Heydər Əliyevə və bu böyük şəxsiyyətin siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarıq. Sonra tədbirdə çıxış edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov bildirib ki, 2007-ci ildən başlayaraq, Azərbaycanda hər il əlamətdar hadisələr və tarixi şəxsiyyətlər barədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yubileylər və tədbirlər qeyd olunur. Bu tədbirlərə “İslam Əməkdaşlıq İli”, “Nəsimi ili”, “Şuşa ili” və digər vacib məsələlərlə bağlı tədbirlər keçirilir. V. Məmmədov qeyd edib ki, 2023-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev ili” elan edilib. Bütün dünyada yaşayan azərbaycanlılar Heydər Əliyev şəxsiyyətini bir daha anmaq və Heydər Əliyev dühasını daha da təqdir etmək məqsədilə əlamətdar tədbirlər keçirirlər. Çox sevindirici haldır ki, Azərbaycan səfirliyi və SOKAR, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Marneulidə, Dmanisidə, Bolnisidə və Qardabanidə tədbirlər keçirilib. Mən çox şadam ki, bu gün Marneulidə keçirilən bu əlamətdar tədbirdə iştirak edirəm. Dahi şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin məhz Marneulidə yüksək səviyyədə təşkil edilməsi burada yaşayan azərbaycanlıların ona olan hörmət və sevgisinin əyani sübutudur. V. Məmmədov həmçinin, dünyaşöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Gürcüstanda həyata keçirilən irimiqyaslı layihələrin tarixi əhəmiyyəti barədə danışıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasi kursunu həm ölkə daxilində, həm də xaricdə uğurla davam etdirməsi nəticəsində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. V. Məmmədov çıxışında bu gün Azərbaycanda həm də Konstitusiya Günü qeyd edildiyini bildirib. Azərbaycanın əsas Ana qanunun hazırlanmasında Ümummilli Liderin rolunu xüsusi qeyd edən şöbə müdiri konsertin məhz bu gün keçirilməsinin də təsadüfi olmadığını vurğulayıb. Sonra Azərbaycandan gəlmiş incəsənət ustaları, Muğam müsabiqənin laureatı Ayşən Mehdiyeva "Qarabağ" , "Neynim", "Nə mutlu türküm deyənə", Tbilisidə yaşayan gənc tarzən Rasim Pirməmmədov tarda, eyni zamanda gürcü müğənnisi İamze Cağeli "Ay Laçın" mahnısını ifa edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin solisti Fəxri Kazım Nicat “Qarabağ” "Azərbaycan", gürcü müğənnisi, Z. Paliaşvili adına Opera və Balet Teatrının solisti İamze Cağeli M. Moqamayevin rus dilində Heydər Əliyevə həsr etdiyi “O More” mahnısını, Marneulidə yaşayan müğənni Şaban Məmmədov "Sarı gəlin", Aşıq Nargilə Mehdiyeva "Alqış Türkün Birliyinə” adlı aşıq mahnısını ifa edib. Sonda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin gənc qızlardan ibarət ansamblın üzvləri “Yallı” və Marneuli Bələdiyyəsinin “İnquri” adlı rəqs ansamblı “Səmayə” adlı maraqlı rəqs ilə çıxış ediblər. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli konsert tədbirində Azərbaycan səfirliyinin, Marneuli rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, paytaxt Tbilisidən, Bolnisi, Qardabani, Dmanisi və Rustavidən, Marneuli və ətraf kəndlərdən gələn azərbaycanlı və gürcülər iştirak ediblər. Tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti, görüşləri barədə fotolar sərgilənib.

image-370286771_3673026473018113_7676108628046390221_n image-385547819_868574541394502_6566741614775185787_n image-387455714_182546041592707_1930384506927778991_n

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər