BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında  tanınmış yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, “Yazıçı qadınlar” jurnalının təsisçisi və baş redaktoru  Nüşabə Məmmədlinin oxucularla və Quba ziyalıları ilə görüşü  keçirildi.

Tədbirdə mədəniyyət işçiləri, Qubanın şair və yazıçıları, ADPU-nun Quba filialının müəllim və tələbələri, fəal oxucular, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru  və digər ziyalılar iştirak etdilər.

Görüşün əvvəlində Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən hazırlanmış “Nüşabə Məmmədli – 70” adlı videoçarx izlənildi.

 Quba rayon Mərləzləşdirilmiş  Kitabxana  Sisteminin direktoru Saməddin Nəsirov  tədbiri açaraq, qonaqları salamladı və bildirdi ki, kitabxanamızda görkəmli yazıçılarımızın, alimlərimizin yaradıcılıq gecələri, yubileyləri  keçirilir. O qeyd etdi ki, Nüşabə Məmmədlinin əsərlərində təkcə Qarabağ deyil, keçdiyimiz, yaşadığımız həqiqətlər bədii formada əks olunur.

 Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova  yazıçı-publisist  Nüşabə Məmmədlinin həyat və yaradıcılığı haqqında qısa məlumat verərək, onun çoxlu sayda romanlarının, povestlərinin, hekayələrinin Qarabağa, şəhidlərimizə, qaçqınlara və əsir düşmüş qadınlara həsr olunduğunu qeyd etdi.

AYB-nin Quba bölməsinin sədri Ramiz Qusarçaylı, Qubanın bir sıra şair və yazıçıları AYB-nin üzvü, yazıçı-publisist Əkrəm Qaflanoğlu, AYB-nin üzvü, AYB-nin Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı, AYB-nin üzvü, şair Cəlaləddin Budatoğlu, AYB-nin üzvü, Qarabağ qazisi, şair, nasir, Ayaz Səlimxanoğlu, Xaçmaz rayonundan olan  müəllim Adil Müslümov, ADPU-nun müəllimi, şair-publisist Nəhayət Şirinova, Quba rayon MKS-nin əməkdaşları Gülyanə Zalova, Gülnar Abdullayeva, fəal oxucular çıxış edərək qeyd etdilər ki, Qarabağ həqiqətlərindən bu qədər əsər yaratmaq hər yazıçıya nəsib olmur. Nüşabə Məmmədli bunun öhdəsindən uğurla  gələ bilmişdir. Çıxış edənlər yazıçının əsərlərinin möhtəşəmliyindən söhbət açaraq, Nüşabə Məmmədliyə yaradıcılıq uğurları arzuladılar.

Görüşün sonunda yazıçı N.Məmmədli oxucuları maraqlandıran çoxsaylı sualları    cavablandırdı, tədbirin yüksək səviyyədə təşkilinə görə Quba rayon İcra Hakimiyyətinə və bütün təşkilatçılara minnətdarlığını bildirdi.

Yazıçı N.Məmmədli bir çox kitablarını Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə  və oxucularına hədiyyə etdi, tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

 

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər