BAKU Azərbaycan
27.18 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

ATƏT-in Minsk qrupunun Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmasına biganə qalması onun fəaliyyətini şübhə altına alırdı
 

Qarabağ münaqişəsinin 30 ilə yaxın müddətdə öz həllini tapmaması Qərbin maraqlı dövlətlərinin “əməyi”nin nəticəsi idi. Münaqişənin zəmin şərtləri, cəlb olunmuş aktorlar və problem ətrafında cərəyan edən prosesləri hərtərəfli araşdırdıqda bu fikrə gəlmək mümkündür. Konkret olaraq münaqişənin həllinə qarşı olan dövlətlər, özlərini cəfakeş kimi göstərməyə çalışırdılar. Onların problem ilə bağlı bu zaman ərzində qəbul etdikləri siyasi qərarların heç bir effekti və nəticəsi olamamışdır. 
Qarabağ münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrilmişidir. Münaqişənin həllinə cəlb olunmuş beynəlxalq və regional təşkilatların cari maraqlarında təzadlılıq var idi. Xüsusən ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesində uzun illər Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə vasitəçilik etməyə çalışdı. Lakin bu illərdə ATƏT-in Minsk qrupunun işi yalnız regiona quru səfərlər edib bəyanatlar vermək oldu. Bu isə istər Azərbaycan dövlətində, istəsə də icitimaiyyət arasında ciddi narazılıq yaradırdı.  Prezident İlham Əliyev 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da bu narazılığını ifadə edib. Cənab Prezident qeyd edib ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir: “Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi”.
ATƏT-in Minsk qrupunun qarşısında əsasən  Qarabağ münaqişəsinin həlli məsələsi var idi və bununla bağlı qurumdan bu problemin həlli tələb olunurdu. Qeyd etdiyimiz kimi Qarabağ münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupunun heç bir rolu olmayıb. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmasına biganə qalması onun fəaliyyətini şübhə altına alırdı. Xüsusən 44 günlük Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupu faktiki olaraq kənarda qaldı. Vətən müharibəsindən sonra kapituliyasiya aktı imzalayan Ermənistan isə danışıqlar prosesinə ATƏT-in Minsk qrupunun vasitəçiliyinə çalışır. Hətta, həmsədr ölkələrdən ABŞ və Fransa tərəfindən də bu baxımdan bəyanatlar səsləndirilib. Belə ki, ABŞ Dövlət Departamenti Ermənistanı və Azərbaycanı “ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında” danışıqlara başlamaqla bağlı bəyanatlar verib. ABŞ və Fransadakı erməni lobbisi də ATƏT-in Minsk qrupunun danışıqlar prosesində iştirakını bərpa etməyə çalışırlar. Bununla bağlı ABŞ Konqresindən və Fransa Senatından müharibədən sonra təşəbbüslər irəli sürülüb. Lakin, Azərbaycan Minsk qrupu ilə yenidən əməkdaşlıqda maraqlı deyil. Prezident İlham Əliyev Astanda bir daha bəyan etdi ki,  ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur: “Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk Qrupunun xidmətinə heç bir ehtiyac yoxdur”. 
Azərbaycan bu məsələdə öz prinsipial mövqeyini davam etdirməkdədir. Azərbaycan öz suveren hüquqlarına əsaslanaraq Vətən müharibəsində Ermənistan üzərində Zəfər qazandı. Ali Baş Komadanın apardığı taktika və strategiya özünü doğrultdu. Cənab Prezidentin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında dediyi kimi Azərbaycan münaqişəni özü həll edib. “Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib”,- deyə dövlətimizin başçısı əlavə edib.
Təəssüf ki, müharibədən sonrakı mərhələdə problem ətrafında cərəyan edən siyasi dinamikaya yenə də hegemon dövlətlər imkan vermir. Fransa prezidenti Emmanuel Makronun son bəyanatları bunu deməyə əsas verir. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətin prezidenti kimi Makron münaqişənin sülh yolu ilə həllinə çalışmaq əvəzinə, pozucu bəyanatlar verir. Xüsusən Praqa görüşündən sonra belə çxışların edilməsi siyasi ikiüzlülükdür. Bəyanat qarşılığında anlamaq olur ki, Fransa danışıqların bərpasına, dolayısı ilə sülhə qarşıdır. Azərbaycan üçün isə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli  həmişə bir nömrəli məsələ olmuşdur. Azərbaycan bütün resruslarını və siyasətini bu istiqamətə yönəltmişdir. Danışıqların necə getməsindən asılı olmayaraq Azərbaycan  Ermənistana bütün sahələr üzrə təzyiq edərək sülhə gətirməyə çalışır. Artıq zaman-zaman sülhə yaxınaşma əldə olunur. Bütün bunlar da Azərbaycan dövlətinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı müstəqil xarici siyasətin effektiv nəticəsidir.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,

siyasi elmlər üzrə elmlər doktoru, professor


 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər