BAKU Azərbaycan
24.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasına işgüzar səfəri bir daha göstərir ki, ölkəmiz həm zaman mehriban qonşuluq prinsiplərinə sadiqdir. Dünyada və regionda baş verən proseslər fonunda ölkə başçısının səfəri çərçivəsində bir çox mühüm məsələlərə dair müzakirələrin aparılması və birgə bəyanat zamanı səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin yaranması, iqtisadi imkanların artırılması sahəsində layihələrin və yeni təşəbbüslərin reallaşdırılmasında vacib rol oynayır.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də bildirdi ki, iki ölkə arasındakı sıx əməkdaşlıq tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Qeyd etmək lazımdır ki, müstəqilliklərinin ilk dövrlərində hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər onların arasında əməkdaşlıq və daha sonra strateji tərəfdaşlıq münasibətlərinin yaranmasına səbəb olmuşdur. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış etmişdir. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır. Vaxtı ilə bəzi qüvvələrin təzyiqinə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası zamanı Azərbaycan Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinin inşası üçün Tbilisiyə 775 milyon dollar həcmində kredit ayırdı və bu layihə reallaşdı.

Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir. Gürcüstan Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir. Bundan başqa, Gürcüstana yatırılan birbaşa investisiyaların həcmini nəzərə alsaq, Azərbaycanın Gürcüstanın ən əhəmiyyətli investisiya tərəfdaşlarından olduğunu da görərik. Prezident İlham Əliyev də öz çıxışında bu məsələyə toxundu və qeyd etdi ki, “Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlardan məlum olur ki, görüş zamanı qaz ixracatının artırılması və elektrik enerjisi ilə bağlı yeni layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilmişdir. Ölkə başçımızın hazırda və gələcəkdə nəzərdə tutulan fəaliyyət istiqamətləri ilə əlaqədar söylədiyi fikirlər bir daha göstərir ki, qarşıda yeni mühüm layihələr həyata keçiriləcəkdir. Burada qaz ixracatının, elektrik enerjisinin artırılması ilə yanaşı, bərpa olunan enerjinin istehsalı və ixracı ilə bağlı planlar var. Bütün bunlar isə təkcə Azərbaycan və Gürcüstanın deyil, həm də bölgənin iqtisadi potensialının artıracaqdır. Bunun üçün bütün imkanlar, o cümlədən enerji resursları, nəqliyyat dəhlizləri var. Prezident İlham Əliyev vurğuladı ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə ikitərəfli formatda. fəal əməkdaşlıq edir, beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir.

Ölkə başçısı xüsusi olaraq qeyd etdi ki, “tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir”. Son dərəcə faydalı və praqmatik çağırışdır. Bu fikirlərlə, region ölkələrinə bir daha səslənir ki, ölkələrimizin inkişafı və xalqlarımızın rifahı mehriban qonşuluq münasibətlərinə əsaslanır. Həmçinin bir daha, bildirdi ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalanmasının vaxtı gəlib çatmışıdr. Artıq Qarabağ münaqişəsi yoxdur, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyev vurğuladı ki, “Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”. Baxmayaraq ki, Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoydu, ədaləti bərpa etdi. Ancaq bununla yanaşı, nə qədər ağır olsa da, sülh və təhlükəsizlik naminə Ermənistana sülh müqaviləsini imzalamağı təklif edir.

Bu görüş bir daha göstərir ki, Azərbaycan, eləcə də Türkiyə bütün qonşularla mehriban münasibətlər qurur, əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Ermənistan siyasi rəhbərliyi, erməni lobbisi hər zaman haray çəkir ki, “Ermənistan müsəlman və türk ölkələrinin əhatəsindədir, o təzyiqlərə məruz qalır”. Lakin bu gün Azərbaycan-Gürcüstan, Azərbaycan – Gürcüstan -Türkiyə əməkdaşlığı, onların həyata keçirdikləri birgə layihələr bunun əksini sübut edir. Azərbaycan və Türkiyə II Qarabağ müharibəsindən sonra, yaranmış yeni reallıqları və eləcə də dünyada gendə prosesləri nəzərə alaraq, bölgədə yeni 3+3 formatını irəli sürdü, bütün bölgə ölkələrinin maraqlarını nəzərə alan təşəbbüslə çıxış etdi. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan və onun prezidenti İlham Əliyev müasir dövrdə baş verən siyasi və iqtisadi vəziyyəti düzgün qiymətləndirir və uyğun addımlar atır.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova

 

Son xəbərlər

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

Bütün xəbərlər