BAKU Azərbaycan
29.97 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Milli Məclisin deputatı Elnur Allahverdiyev maraqlı təkliflə çıxış edib. Sabahinfo.az xəbər verir ki, millət vəkili bəzi şəhid valideyinlərinin mənzil problemləri olduğunu  və onlar acınacaqlı vəziyyətdə yaşadığını bildirib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinin ehtiyaclarının ödənməsi üçün ciddi tədbirlər görür. Bu istiqamətdə şəhid ailələrinin mənzillə təminatı məsələsinin xüsusi önəmi var. Məlum olduğu kimi, mənzillər şəhid ailələrinə təqdim edilir. Yəni şəhidin həyat yoldaşına və övladlarına. Bəzi şəhid ailələrində valideyinlərin də yaşayış şəraiti acınacaqlı vəziyyətdədir. Yəni faktiki olaraq qəhrəman övladları dünyaya gətirən, böyüdüb boya-başa çatdıran ata və ana olduqca çətin vəziyyətdə yaşayırlar. Təmsil olunduğum dairədə şəhidin anası cəmi 12 kv.m sahəsi olan evdə yaşayır. Şəraiti olduqca çətindir”

E.Allahverdiyev hesab edir ki, bu, yeganə hal deyil. Ancaq kütləvi də sayılmamalıdır: “Nəzərə alsaq ki, Vətən müharibəsində torpaq bütövlüyümüz uğrunda canından keçən 3000 şəhidimiz var, belə ehtimal etmək olar ki, üzərinə gəldiyimiz çətinlik 3-5 faiz şəhid ailələrindədir”. Millət vəkilinin qənaətinə görə, problemin çözümünə nail olmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başçılığı ilə müvafiq icra strukturları, eləcə də qanunverici orqanın da iştirakı ilə xüsusi komissiya yaradıla bilər. “Mən şəxsən bu komissiyanın işində iştirak etməyə hazıram. Bu qurum həmin ailələrin, daha doğrusu, valideyinlərin mənzil şəraiti ilə yaxından tanış olub, gerçək vəziyyətin analizini həyata keçirə bilər. Fikrimcə, bu yolla biz şəhidlərin xatirəsini bir daha yad etmiş, əbədiləşdirmiş olarıq”.

Deputatın fikrincə, yaradılmış komissiya mənzilə ehtiyacı olan şəhid valideyinlərini müəyyən edə və bundan sonra onların evlə təminatı üzərində iş aparıla bilər: “Bu qurum həmin ailələrin, daha doğrusu, valideyinlərin mənzil şəraiti ilə yaxından tanış olub, gerçək vəziyyətin analizini həyata keçirə bilər. Fikrimcə, bu yolla biz şəhidlərin xatirəsini bir daha yad etmiş, əbədiləşdirmiş olarıq” – deyən E.Allahverdiyevin qənaətinə görə, mənzil sıxıntısı yaşayan şəhid valideyinlərinə evlərin əldə edilməsində tək dövlət iştirak etməməlidir: “Belə valideyinlərə mənzillərin əldə olunmasında dövlətlə yanaşı, sosial tərəfdaşlar, özəl sektor yaxından iştirak edə bilər. Bizim belə uğurlu çözüm modellərimiz çoxdur. Məsələn, YAŞAT fondu. 10 milyonuq. Hər ailə belə bir fonda 2-3, yaxud 5 manat könüllü şəkildə ianə etsə, ehtiyacı olan şəhid valideyinlərinə mənzil probleminin çözümünə yardım etmiş olar”

 

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər