BAKU Azərbaycan
29.97 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi “Gənclər Təşkilatlarının Fəaliyyətinin Dəstəklənməsi” Proqramı – 2.0 çərçivəsində “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən 2022-ci il 15 oktyabr-15 dekabr tarixlərində icra olunan “Gənclər üçün Vətənpərvərlik və Milli dəyərlər” layihəsinə uyğun müxtəlif ali məktəblərdə seminar sessiyalarına başlanmışdır. 

Bu haqda ADTGT İctimai Birliyinin ictimai əlaqələr və informasiya departamentindən saytımıza məlumat verilib.

Ali məktəblərdə tələbələr arasında Vətənpərvərlik, Milli dəyərlər və fəal vətəndaşlığı təbliğ etmək, gənclərimizin bu istiqamətdə bilik, bacarıq və potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən layihənin icra planına uyğun maarifləndirici tədbirlər Bakı şəhərində 6 ali məktəbdə 200 nəfərə yaxın tələbənin iştirakını nəzərdə tuturdu.

Cari ilin noyabr ayında Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Avrasiya Universitetində keçirilən seminarlarda təşkilatçılar, proqram və layihə haqqında məlumatlar verildikdən sonra layihənin təlimçisi, gənclər işi və siyasəti üzrə ekspert, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərlinin xüsusi slaydlı təqdimatları ilə mövzu üzrə seminarlar keçirildi.

Təlimçi-ekspert tərəfindən tələbələrə Vətənpərvərlik, Hərbi vətənpərvərlik, Milli dəyərlər, onların gənclər arasında təbliğinə və eləcədə fəal vətəndaşlıq mövqeyinin formalaşmasına dair geniş, əhatəli bilik və məlumatlar verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılmışdır.

Sonra tələbələrə “Milli dəyərlər haqqında nələri bilirik?” adlı maarifləndirici vəsait olan kitabça paylanmış və onlar sosial və fərdi inkişaf istiqamətində gələcək fəaliyyətlərə dəvət olunmuşlar.

Seminar sessiyası daha 2 ali məktəbdə davam etdiriləcək və gələcəkdə bu maarifləndirici fəaliyyətlərin ölkənin müxtəlif bölgələrində yerləşən ali və orta-ixtisas məktəblərində təşkili də nəzərdə tutulur.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər