BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyevin Almaniyaya son səfəri və keçirdiyi mühüm görüşlər iki ölkə arasında iqtisadi münasibətləri yeni mərhələyə qaldıracaq

 Azərbaycanla Almaniya arasında bütün sahələrdə əlaqələr qurulub. İki ölkə arasında qarşılıqlı münasibətlər ildən-ilə inkişaf etməkdədir. İkitərəfli əlaqələrin möhkəmlənməsində iqtisadi əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edir. Bu baxımdan martın 13-də Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü diqqət çəkir. Bu vacib müzakirəyə bir çox alman şirkətləri qoşulub. Görüşdə müxtəlif sektorları təmsil edən otuza yaxın şirkətin nümayəndələri toplaşıblar. Həmçinin Federativ Hökumətin nümayəndələri, İqtisadiyyat və İqlim Müdafiəsi Nazirliyinin rəsmiləri iştirak ediblər. Prezident Əliyev görüşdə Azərbaycanın iqtisadi inkişafı üzrə planlar haqqında strateji icmal olaraq çıxış edib. Xüsusilə ikitərəfli əməkdaşlıq çərçivəsində alman biznesmenləri üçün imkan və fürsətlər haqqında məlumat verib. Cənab Prezident görüşdə Azərbaycanın müstəqil iqtisadi siyasəti,  dövlətimizin ən əsas hədəflərindən də danışıb. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olduğunu deyən dövlətimzin başçısı indi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi olduğunu qeyd edib: “Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub”.

 Almaniya Azərbaycanla biznes əlaqələrinin inkişafına önəm verir. Rəsmi məlumatlara görə, 2020-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65% təşkil edib. Eyni zamanda, Almaniyanın Federal İqtisadiyyat və İxraca Nəzarət Ofisinin məlumatına əsasən, Azərbaycan Almaniyanı neftlə təmin edən ölkələr sırasında 2020-ci ildə 9-cu yerdə olub. 2020-ci ildə Azərbaycandan Almaniyaya təqribən 2,5 milyon ton xam neft ixrac edilib. Hazırda Azərbaycan təkcə Almaniyanı deyil, demək olar ki, bütün Avropanı neft və qazla təchiz edir. Prezident İlham Əliyevin dediyi kimi,  Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır: “Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik”.

Görüşdə şirkətlər klasterlər üzrə yığılıb. Ümumi beş klaster olub. Birincisi enerji, sonra logistika və infrastruktur, üçüncü sənaye, dördüncü kənd təsərrüfatı və beşinci klaster maliyyə, texniki qaydalar və assosiasiyalardır. Hər bir klasterdən sonra Prezident İlham Əliyev öz fikirlərini və konkret təkliflərə dair reaksiyasını bildirib: “Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur. Birinci belə proqram 2004-cü ildə qəbul edilib. Hazırda biz 4-cü proqramın yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda dərc edilib. Bu proqramlar konkretdir və beş il ərzində Azərbaycanda həyata keçiriləcək layihələri əks etdirir”. 

 Bütün alman biznes cəmiyyəti bu səmimi görüşdən məmnun olub. Çıxışılarından da göründüyü kimi, onlar Azərbaycan və alman sahibkarları arasında iqtisadi əməkdaşlıq haqqında aparılan bu müzakirəni özlərinə şərəf biliblər. Müzakirələr konkret layihələr haqqında daha konkret səpkidə aparılıb.

 İki ölkə arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlər təşkil edilir. Azərbaycanın biznes imkanlarının təşviq olunması məqsədilə Almaniyada biznes forumlar keçirilib. Həmçini Azərbaycanın iqtisadi potensialının Almaniyada təşviq olunması üçün ölkəmiz hər il Almaniyada keçirilən müxtəlif beynəlxalq sərgilərdə də iştirak edir. Bu da Azərbaycanla Almaniya arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir. Cənab Prezidentin Almaniyaya son səfəri və keçirdiyi mühüm görüşlər iki ölkə arasında iqtisadi münasibətləri yeni mərhələyə qaldıracaq.

 

Paşazadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

Bütün xəbərlər