BAKU Azərbaycan
31.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Mayın 30-da Çin Xalq Respublikasının Uhan şəhərində "Hubey əyalətində Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının praktik nailiyyətləri" mövzusunda keçirilən təqdimat mərasiminin iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib.

Qonaqları salamlayan Çin Kommunist Partiyası Hubey Əyalət Komitəsi katibinin müavini, Hubey Əyaləti Xalq Hökumətinin qubernatoru Van Conlin Uhanın ev sahibliyi etdiyi tədbirin əhəmiyyətindən bəhs edib. O, postpandemiya dövründə daha sağlam bəşəriyyət və xoşbəxt gələcək naminə səylərin birləşdirilməsinin önəmli olduğunu bildirib.

Çin səciyyəli sosializm ideyası əsasında Hubeyin regional inkişaf nümunəsi yaratdığını söyləyən Van Conlin qazanılan təcrübənin dost ölkələrlə bölüşdürülməsinin və qarşılıqlı fikir mübadiləsi aparılmasının faydalı təşəbbüs olduğunu bildirərək tədbir iştirakçılarına minnətdarlıq ifadə edib.

Mərasimdə 30 ölkəni təmsil edən 170-dən çox nümayəndənin adından çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov belə bir mötəbər tədbirə dəvətə və yüksək qonaqpərvərliyə görə YAP nümayəndə heyəti adından təşəkkürünü bildirib. O, bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsaslanan müasir sosializm ideyasının Çin xalqının mənafeyinə xidmət etdiyini, Çin dövlətinin inkişafı üçün yeni imkanlar və perspektivlər yaratdığını söyləyib. Tahir Budaqov Hubey Əyalətinin sürətli inkişafının yeni dövr Çin xüsusiyyətli sosializm ideyasının uğurla həyata keçirilməsinin bariz nümunəsi olduğunu qeyd edib: "Bugünkü tədbir də cənab Si Cinpinin yeni dövr üçün müəyyən etdiyi Çin xüsusiyyətli sosializm quruculuğu istiqamətində əldə olunan nailiyyətlərin və mövcud reallıqların təqdimatı, gələcəyə baxış kontekstində yeni yanaşmaların ortaya qoyulması, yeni hədəflərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyətə malikdir".

Tahir Budaqov Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərinin önəmindən bəhs edib, keçirilən görüşlərin faydalı və məhsuldar olduğunu diqqətə çatdırıb. "Səfər çərçivəsində istər Azərbaycan-Çin münasibətləri, istərsə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında çoxşaxəli əməkdaşlığa dair ətraflı fikir mübadiləsi apardıq" ,- deyən YAP Sədrinin müavini Azərbaycan ilə Çin arasında müxtəlif sahələri əhatə edən səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu deyib, 44 günlük Vətən müharibəsində qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan ölkəmizin regionda çoxşaxəli işbirliyinə və inkişafa xidmət edən təşəbbüslərindən bəhs edib, Zəngəzur dəhlizinin bütovlükdə Avrasiya üçün geostrateji əhəmiyyətini diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əməkdaşlıq əlaqələrinin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfələr verdiyini bildirib.

Çin xüsusiyyətli sosializm ideyası əsasında görülən işlərin ölkənin qüdrətini daha da artıracağına inamını ifadə edən Tahir Budaqov Çin xalqına rifah, firavanlıq və əmin-amanlıq arzulayıb.

 

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər