BAKU Azərbaycan
31.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev israilli həmkarının Azərbaycana səfərini tarixi səfər hesab edib

  Hər kəsə aydındır ki, Azərbaycan bu gün Avrasiyanın ən sabit və çiçəklənən dövlətidir. Siyasi sabitlik, iqdisadi inkişafla yanaşı, məhz bu faktı da nəzərə alan İsrail Dövləti Azərbaycan Respublikasını mühüm strateji tərəfdaş hesab edir. Bütün bunlar 20 ildir ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev xidmətlərinin, uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin genişlənməsi işinə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniş tərkibli görüşlərində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında aparılan müzakirələr bunu deməyə əsas verir. Prezidentlər görüşlərdə ikitərəfli gündəlik və regional məsələlərlə bağlı müzakirələr aparıblar. Görüşlərdə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu səfərinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcəyi bildirilib.

 Görüşlərdən sonra Azərbaycan və İsrail Prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Daha sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktının əlaqələri daha yüksək səviyyəyə qaldıracğını və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğulayıb. Uzun müddət idi ki, Azərbaycanın İsraildə səfirliyinin olmaması sual duğurur, müzakirə mövzusuna çevrilmişdir. Azərbaycanın apardığı düşünülmüş xarici siyasət bu baxımdan gözləmə mövqeyində idi. Azərbaycan geopolitik vəziyyəti dəyərləndirməyi bacarır. Siyasi zərurətdən irəli gələn addımlar atılır. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması məhz bu siyasi zərurətdən irəli gəlmişdir. Bu məsələnin öz həllini tapması iki ölkə arasında  əməkdaşlıq əlaqələrinin tarixində əlamətdar hadisə hesab olunur.

Azərbaycanla İsrailin dostluğu və strateji əməkdaşlığının gücləndirilməsi üçün yeni-yeni işlər görülməkdədir. Belə ki, İsraildə əvvəllər fəaliyyət göstərmiş  Azərbaycan Ticarət Palatası yenidən bərpa edilib. Turizmlə bağlı də yeni təşkilat qurulub. Məqsəd qarşılılıqlı turist axınının səviyyəsini artırmaqdır. Prezident İlham Əliyev bəyanatında turizm əlaqərinin inkişafının önəmini də qeyd edib: “Həftədə yalnız dörd reys var və bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir. İsraildə daha çox təqdimat imkanları yaradılmalıdır”. Dövlətimizin başçısı yeni əməkdaşlıq sahələrdən birinin kibertəhlükəsizlik sahəsi olduğunu deyib: “Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”.

İsrail hər zaman çətin məqamlarda Azərbaycanı dəstəkləyib. Xüsusən, 44 günlük Vətən müharibəsində Azərbaycanı əsas dəstəkləyən dövlətlərdən biri də İsrail idi. İsrailin Azərbaycana verdiyi ən müasir texnologiyalarla təchiz olunmuş müxtəlif silahların müzəffər ordumuzun qələbəsində əhəmiyyətli rol oynayıb. Cənab Prezident çıxışında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. “Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”, - deyə Prezident əlavə edib.

  İki ölkə arasında ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik və s. sahələri üzrə əlaqələr qurulub. Bu səfərin nəticəsi olaraq perspektiv əməkdaşlıq istiqamətlərinin yaradılması ilə Azərbaycan-İsrail müsbətlərində dinamikanın olacağı gözlənilir. Çünki bunun üçün çox böyük potensial var. Görünür, buna görə də Prezident İlham Əliyev israilli həmkarının Azərbaycana bu səfərini tarixi səfər hesab edib.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər