BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin payızında başlayan Vətən müharibəsində öz gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirmişdi. İkinci Qarabağ savaşından sonra bir daha təsdiq olundu ki, Şanlı Ordumuz müasir hərbi-texniki bazaya və cəsur döyüşçülərə sahibdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısı hər zaman ordunun gücləndirilməsinin dövlət siyasətinin əsas prioritet sahəsi olduğunu da bildirib. Bu sahəyə qarşı diqqət və qayğının yüksək səviyyədə olması Silahlı Qüvvələrimizi dünyanın ən güclü 50 ordusu sırasına daxil edib. Bu gün Azərbaycanı qüdrətli ölkəyə çevirən əsas amil iqtisadi yüksəlişə və güclü orduya malik olmasıdır. Böyük sevinc hissilə söyləyə bilərik ki, ölkəmiz müstəqil iqtisadiyyata və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Heç şübhəsiz ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur.

Vətən müharibəsində aparılan döyüşlər ordumuzun təcrübəsinin artmasına səbəb oldu. Müharibənin başa çatmasından dərhal sonra Silahlı Qüvvələrin daha da güclənməsi Ali Baş Komandan tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biri idi. Bu istiqamətdə idarəetmənin təkmilləşdirilməsi, müasir texniki vasitələrlə qoşunlardan məlumatların sürətli əldə olunaraq analiz edilməsi, yaranmış vəziyyətin qiymətləndirilərək daha çevik qərar qəbul edilməsi və fasiləsiz idarə olunmasına şərait yaradılması məqsədilə struktur islahatları aparıldı. Təbii ki, bu sahədə böyük təcrübə və bacarığı ilə dünyada tanınan Türkiyə dövlətinin yardımına və əməkdaşlığına böyük ehtiyac duyulurdu. NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunda kiçik modelinin yaradılması istiqamətində gedən işlər Silahlı Qüvvələrimizin döyüş qabilliyətinin artmasına böyük təkan verib.

İkinci Qarabağ müharibəsi ərəfəsində əldə olunmuş təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Buna görə də Prezident İlham Əliyev Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması barəsində göstəriş vermişdi. Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunların tabeçiliyində olan Komandolar fiziki və nəzəri hazırlıqları nəticəsində əldə etdikləri qabiliyyətləri sayəsində, qısa bir müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirərək vəziyyəti qiymətləndirib hədəfi məhv edən, təchizat ilə təmin edilməsə belə, vəzifəni başa çatdırmağı bacaran əsgərlərdir. Azərbaycanda komando hərbi hissələrinin yaradılmasına 2021-ci ilin sonlarında başlanılmışdı. 2021-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri çərçivəsində komando hərbi hissəsinin açılışında iştirak etmişdi. 6 ay sonra Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edən dövlət başçısı yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışını etdi.

İyunun 23-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Dövlətimizin başçısı şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxıb və komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə yaxından maraqlanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prezident İlham Əliyev Döyüş bayrağını hərbi hissənin komandirinə təqdim edib və komando andiçmə mərasimi keçirilib. Ölkə başçısı tədbirdə bildirib ki, biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, daha yüksək səviyyəyə qalxacaq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

Bütün xəbərlər