BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İbrahim Safinin 125 illik yubileyinə həsr olunmuş eyni adlı “RƏNGLƏRİ DANIŞDIRAN ADAM” kitab və filminin təqdimatı” layihəsinin icrasına başlayıb. Bu haqda Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova saytımıza məlumat verib. 

Jalə Cəfərova deyib ki, artıq bu böyük rəssamı Azərbaycanda kifayət qədər tanıyan sənət adamları, mədəniyyətimizə maraq və sayğı göstərən müxtəlif peşə adamları var: “1898-ci ildə Naxçıvanın Şərur rayonu, indiki Cəlilkənddə dünyaya göz açan İbrahim Safi (əsl adı Rəhman) Azərbaycanın və Türkiyənin ortaq dəyəridir. Bu şəxsiyyət haqqında çox danışmaq olar. Sadəcə bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, həmyerlimiz olan İbrahim Safi Mustafa Kamal Atatürkü ilk dəfə naturadan çəkən rəssam olub.  Rəssam haqqında tədqiqat işim davam edir. 2020- ci ildə eyni adlı “RƏNGLƏRİ DANIŞDIRAN ADAM” kitabım və 55 dəqiqəlik film çəkmişəm. 2022-ci ildə “Rəngləri solmayan rəsmlər” kitabım isə İbrahim bəyin Avropadakı həyat və yaradıcılığına həsr olunmuşdur. Hər rəssama nəsib olmayan bir faktı da qeyd edim ki, İbrahim Safinin dünyasını dəyişməsindən qırx ildən artıq zaman keçsə də (1898-1983) əsərləri bu gün də auiksionlarda böyük maraqla tələb olunur və satışa çıxarılır. Ən böyük arzusu vətəninə dönmək olsa da, təəssüf ki, bu arzususu ürəyinin ən kövrək köşəsində məskən salaraq reallaşmayıb. Təsəvvür edin ki, rəssam dünyasını dəyişənə qədər kimliyində belə Qaqazlardan gələn adam kimi qeyd olunurdu. Artıq bu yanlışlıq aradan qaldırılıb”.

Jalə Cəfərova bildirb ki, bu il İbrahim Safinin 125 illik yubileyidir (1898-1983).   Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin prioteritlərindən biri və birincisi mənəvi bərpasına ehtiyacı olan məsələləri gündəmə gətirərək bu yolda bacardıqlarını həyata keçirsin. Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyinin maliyyələşdirdiyi “İbrahim Safinin 125 illik yubileyinə həsr olunmuş eyni adlı “RƏNGLƏRİ DANIŞDIRAN ADAM” kitab və filminin təqdimatı” layihəsi çərçivəsində bacardığımız qədər İbrahim Safini təbliğ edəcəyik. Belə ki, yubiley çərçivəsində Naxçıvanda və Ordubadda yerləşən bütün muzeylər iştirak edəcək və üç dildə (Azərbaycan, Anadolu türkcəsi və ingilis) nəşr olunmuş “RƏNGLƏRİ DANIŞDIRAN ADAM” kitabı hədiyyə veriləcək. Eyni adlı filmin nümayişi də nəzərdə tutulub. Belə layihələri həyata keçirmək bizim ən azından mənəvi borcumuzdur”.

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər