BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yeni kitab
Mayasında poeziya var…
Mingəçevirin söz-sənət aləmində tanınan, sevilən simaları çoxdur. Azərbaycanın ədəbi mühitinə, jurnalistika tarixinə düşmüş onlarla yazarları içərisində jurnalist-yazar Yusif Ələkbərovun özünəməxsus mövqeyi var. “Mingəçevir işıqları”ndan başlanan bu yol “Azərbaycan işıqları”nın süqutuna qədər – 40 il davam edib.
Müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü Yusif Ələkbərovun jurnalistika fəaliyyətinə toxunmadan onun bu günlərdə işıq üzü görmüş “Taleyimdən keçən yazılar” adlı kitabı barədə olacaq. Məqsəd, məram nəyə hesablanıb?
İndi kitab çapına dəstək olmadan onu oxucuların ixtiyarına vermək çox çətindir. Xüsusən aldığım təqaüdlə. Sonuncu kitabıma çox sağ olsun, gənclik dostum, Milli Məclisin deputatı Aydın Mirzəzadə dəstək oldu. O, əvvəlki kitablarıma da kömək etmişdi.
Qırx illik jurnalistlik fəaliyyətim dövründə mingəçevirli şair və ədiblərin yaradıcılığına təkan vermişəm. Ötən əsrin 60-cı illərindən şəhərimizdə yaşayıb yaradan, onun quruculuğuna öz töhfələrini verən istedadlı gənclərin üzünə “Mingəçevir işıqları” qəzetinin səhifələri daim açıq olub. Bədii yaradıcılığın tələblərinə cavab verən bütün bədii yazılar zaman-zaman çap edilərək müəlliflərinə əlavə həvəz və güc verib. Redaksiyanın nəzdində fəaliyyət göstərən “Kür” ədəbi birliyinin üzvləri yerli yazılarla bərabər respublikanın demək olar bütün bölgələrinin yazarlarını da ətrafına toplamışdı. On ildən artıq rəhbərlik etdiyim birliyin ayda iki dəfə yığıncağı keçirilər, bəyənilən nümunələr çap olunardı. İl ərzində ünvanımıza üç mindən çox bədii yazı göndərilərdi ki, bunların da beş yüzdən çoxu qəzetin səhifələrini bəzəyərdi. Halbuki digər rayon qəzetləri əməkdaşlarının bildirdiklərinə görə bayramdan-bayrama, əlamətdar günlərdə bədii yazılar verərdilər. Çox vaxt da respublika qəzetlərinin tənqidinə tuş gələrdilər. Əlbəttə, bədii nöqsanlarına görə…
“Mingəçevir işıqları”nın şənbə nömrələrini sözsüz ki, oxucu yaradıcılığından nümunələr bəzəyər və qəzetin populyarlığına, sevilməsinə səbəb oları. Qəzet əməkdaşları, o cümlədən bu sətirlərin müəllifi yeni çapdan çıxmış kitabların təbliği məqsədi ilə rəylərlə, resenziyalarla çıxış edərdi. “Kür”ün rəhbəri kimi yaradıcı qüvvələrə xeyir-dua vermək, kitablarına ön söz yazmaq sevimli şakərim idi…
Yaponlar deyir ki, 30-40 kitab oxumaq lazımdır. 30-40 kitabı tapıb seçmək üçün isə 30-40 il oxumaq lazımdır. Lap şahmatla bağlı buğda dənələri əfsanəsinə oxşayır! Sayı bilinməz…
 Siz həm də şəhərimizə üz tutan məşhur şair və yazıçıların müəssisə və yataqxana sakinləri ilə, Kürqırağı istirahət məskənlərinə gələnlərlə… görüşlərini keçirmisiniz. Onların adlarını çəksək uzun bir siyahı alınar.
 Bilirsiniz, Mİngəçevir şəhərinin yaranmasında xalq şairimiz Səməd Vurğun poeziyasının mayası da vardı. Şəhər “Muğan” poemasının ruhunda böyümüşdü. Odur ki, şəhər aydan-aya, ildən-ilə boy atdıqca onun insanlarının da arzu və istəkləri bədii ədəbiyyata çevrilirdi…
Təqaüd günlərimi fotə verməyərək, bu yaxınlarda keçdiyim yola bir daha nəzər saldım. Gördüm ki, neçə-neçə ədibin yaradıcılığına diqqət yetirmişəm, söz boxçasını çözələmişəm və bu yazılar onların kitablarında yer alıb, qəzet və jurnal səhifələrində qalıb. Odir ki, onları bir kitabda toplamaq fikrinə düşdüm. Zənnimcə, pis alınmayıb… Bu, həm də, şəhər yazarlarının, o cümlədən mənim Mingəçevirin 75 illik yubileyinə bir hədiyyəmiz sayılar.
Kitabınızı yenicə oxuyub qurtardım. Təsirindən ayrılmaq çətindir. Sizin Mir Cəlal və Rəsul Rza haqqındakı xatirələriniz də kitabda yer alıb…
 Bəli, tələbəlik illərinin xatirələri çoxdur. Bu gün Azərbaycanda sayılıb-seçilən Bəkir Nəbiyev, Fikrət Sadıq, Zəlimxan Yaqub, Adil Cəmil kimi onlarla şəxsiyyət barəsində xatirələrim özünün çap həllini gözləməkdədir…
Mir Cəlal müəllimdən dərs almışam. Onun hər bir kəlməsi bizim üçün böyük həyat məktəbi idi. O cümlədən xalq şairimiz Rəsul Rza da özünün dərin mənalı, hikmətli, gözlənilməz fikirləri ilə seçilərdi…
 Yusif müəllim, yəqin ki, vaxtınızın bolluğu Sizi yeni-yeni yaradıcılıq üfüqlərinə səsləyir…
 Məni narahat edən iki arzumu həyata keçirmək ümidindəyəm. Şəhərimizin ideoloji həyatında mühüm zəhmətləri olan iki şəxsiyyət haqqında kitablarımı tamamlamaq üzrəyəm.
Təhsil aldığı üç ali məktəbi qırmızı (fərqlənmə) diplomlarla bitirmiş, şəhərimizdəki 7 nömrəli orta məktəbdə fizika müəllimi işləmiş, SSRİ-nin maarif əlaçısı olmuş, Mingəçevir şəhər Sovetinə deputat seçilmiş, respublikanın əməkdar müəllimi adını almış Məmməd Qorçiyevdən bəhs edən kitabım demək olar ki, hazırdır.
2009-cu ildə 16 il birgə çalışdığım, uzun illər “Mingəçevir işıqları” qəzetinin, “Azərbaycan işıqları” respublika sahə qəzetinin ilk redaktoru, respublikanın ilk əməkdat jurnalistlərindən, ilk “Qızıl qələm” mükafatı laureatı sayılan Fidail Abdullayevin xatirəsinə həsr etdiyim “Ömrün davamı” adlı sənədli povestim çap olundu. Hazırda bu kitabın ikinci hissəsi üzərində çalışıram. Kitab oxuculara xitabən “Sizdən əvvəlki həyat” adlanır…
 Vaxtilə çap etdirdiyiniz “Xoşbəxt taleli şəhər”, “Şəhərin şəfəqləri”, “Mümkünlüyün xaricində”, “Mingəçevirə bağlı ömür”, “Salam, cənab mayor”, “Azərbaycan İES: dünəndən bu günə” … kimi kitablarınızı oxucularımız çox bəyəniblər.
Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir. Bütün ömrüm boyu nə yazıb-yaratmışamsa doğma şəhərimin və mingəçevirlilərin mənalı həyatına həsr olunub.

Müsahibəni hazırladı:
Esmira Hidayətova,Mingəçevir

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər