BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2020-ci ildə şanlı Azərbaycan ordusunun ermənilər üzərində parlaq qələbəsindən sonra nəyinki regionda, o cümlədən bütün dünyada Azərbaycanla bağlı fikirlər tamamilə dəyişdi. Keçən 3 il ərzində nəyinki fikirlər, həmçinin Azərbaycanın mövqeyi dəyişdi, daha da gücləndi. Bugün Azərbaycan təkcə neft-qaz, multikulturalist, idman, mədəniyyət ölkəsi kimi deyil, müasir hərb tarixinə iz qoymuş güclü bir ölkə kimi bütün dünyada tanınmaqdadır.

Vətən müharibəsinin gedişində və müharibədən sonra dünyada liderlik keyfiyyətlərinə görə seçilməkdə olan Müzəffər Ali Baş Komandan, dövlətimizin prezidenti İlham Əliyevin nüfuzu daha da artdı. Təsadüfi deyilki, müharibə zamanı və müharibədən sonra İlham Əliyevin çıxışları və paylaşımları təkcə xalqımız tərəfindən deyil, dünya dövlətləri tərəfindən, hətta düşmənin özü tərəfindən də diqqətlə izlənilirdi. Bu da dövlət başçımızın xarizmatik liderlik keyfiyyətlətini bir daha tərənnüm edir. İstər regional, istərsə də beynəlxalq təşkilatların təşkil etdiyi istənilən tədbirdə Azərbaycan prezidentinin çıxışları hər zaman diqqət və maraqla gözlənilir. Çünki İlham Əliyevin hər bir çıxışı bir peşəkar siyasi dərsdir.
Qeyd etdiyimiz kimi, artıq şanlı qələbənin qazanılmasından 3 il ötür. Bu müddətdə çox şey dəyişdiyi kimi, dəyişməyən bir şey vardır. Bu da düşmənin fitnəkarlığı və təxribatlarıdır. Hələ də məğlubiyyəti həzm edə bilməyən, "Dəmir yumruq" təsirindən ayılammayan ermənilər bu müddət ərzində dəfələrlə Azərbaycana qarşı bütün sahələrdə təxribatlar törədib və bu proses indi də davam edir. Amma hər cəhdləri dövlətimiz və ordumuz tərəfindən qətiyyətlə alınır, cəzaları layiqincə verilir. Ermənistan baş naziri Nikol Paşinyan da bu 3 il ərzində çox dəyişmədi. 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktını harda və necə imzalaması bütün dünya tərəfindən gülünc şəkildə qarşılanan Paşinyanın bu hadisələr fonunda sülhə meyil edəcəyini gözləsək də, əməldə yenə də öz hərəkətlərindən geri qalmır.
2-ci Qarabağ müharibəsinin gedişində az qala bütün dünya dövlətləri liderlərini səhər-axşam zəng edərək, onlardan yardım etməsi üçün dəng edən Paşinyan görünür ki, bu xasiyyətindən hələ də əl çəkə bilmir.
Son günlər baş verən fonunda Nikol yenə telefonunu əlinə alıb dünya liderlərini narahat etməyə başlayıb. Prezidentimizin söylədiyi kimi, az qala Şamanlarla əlaqə yaradan Paşinyan həmişəki kimi layiq olduğu cavabı alıb və almaqdadır.
Paşinyan hələ də anlamır ki, dünya dövlətləri və başçıları üçün xarizmatik lider, etibarlı tərəfdaş olan İlham Əliyev və Azərbaycan mühüm əhəmiyyət kəsb edir, öz xalqını gülünc vəziyyətə qoyan, telefonçu baş nazir yox!
O zəng etməyində olsun, bizlər isə 30 illik həsrətə son qoyub tezliklə Ağdam-Xankəndi yolu ilə doğma torpaqlarımıza səfər edək.

Fuad Heydər,
Siyasi politoloq

Son xəbərlər

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

Bütün xəbərlər