BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılmayan əlyazmaların kolleksiyaları "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsi çərçivəsində geniş ictimaiyyətə virtual təqdim olunur. Əvvəlcə Şirvan-Şəki əlyazma kolleksiyası, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, Ruslan Məmmədovun əlyazma kolleksiyası, Əhməd Cəfərzadənin əlyazma kolleksiyası, Ağsu rayonu Külüllü kəndi Bilal əfəndi məscidi əlyazma kolleksiyası və Kürdəmir rayonu Şahsevən kəndi Ağ günbəz əlyazma kolleksiyası layihəyə cəlb edilib. Onların içərisindən əlli əlyazma seçilərək onlayn kataloq və elyazma.az internet səhifəsi üçün öyrənilib. Virtual təqdimatı təşkil etmək üçün "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi elyazma.az domenini alıb, internet səhifəni və onun məlumat bazasının yaradılmasını həyata keçirib. Elyazma.az səhifəsi IMAGE MMC tərəfindən dizayn olunub və məlumat bazası üçün forma hazırlanıb. Mütəxəssislər öyrəndikləri əlyazmaları vaxtaşırı bazaya yerləşdirirlər. Əsas səhifədə qeyd olunub ki, əlyazmalardan istifadə etmək üçün əvvəlcə [email protected] məktub yazılsın və məktuba istək forması əlavə olunsun. Bu ifadədən məqsəd oxucuların, əlyazma həvəskarlarının, dövlət qurumlarının əlyazmaların pdf. variantını əldə etmək üçün əlçatanlığı təmin etməkdir.
Kolleksiyalar bölməsində elyazma.az səhifəsinə yerləşdirilən əlyazmaların aid olduğu kolleksiyalar haqqında məlumat yerləşdirilib.
Kolleksiyaların kağız nümunələrinin təmizlənməsi, siyahıya alınması və inventarlaşdırılması işi başa çatdırıldıqdan sonra müəyyən olunub ki, tədqiq olunan kitabların əksəriyyəti mədrəsə və ya məktəb fəaliyyəti ilə bağlıdır. Kolleksiyalarda dini kitablardan əlavə dilə, ədəbiyyata, tibbə, coğrafiyaya, astronomiyaya dair əlyazma və çap kitabları da mövcuddur.
Kolleksiyalarda əlyazma, çap, daşbasma, Kazan çapı olan kitablara rast gəlinib. Bəzi əlyazma kitabları qızılı haşiyə ilə bəzənib, bəziləri isə adi boya ilə rənglənib. Əlyazma kitabları Avropa, rus və Şərq filiqranlarına yazılıb. Yazılar sarı, yaşıl və mavi kağızlardadır. Bəzi kağızlar səliqəli, bəziləri isə kobud şəkildə düzəlib. Kitabların əksəriyyətinin cildləri xarab olub, çürüyüb, bəzilərinin cildi isə ümumiyyətlə qalmayıb. Buna səbəb isə kitabların saxlanılma şəraiti olub. Cildi olan əlyazma kitablarının bərpası vacibdir. Tədqiq olunan kitablar arasında çox sayda daşbasma üsulu ilə çap olunmuş böyük və orta boy kitablar mövcuddur. Bundan başqa, Kazan çapı və müasir çap üsulunda böyük, orta və kiçik boyda kitablar da var. Bəzi çap kitabları əlyazma kitabı kimi haşiyələnərək rənglənib. Bəzilərində isə mövzuya aid maraqlı illüstrasiyalar çəkilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılmayan əlyazmaların kolleksiyalarının virtual təqdimatını təşkil etmək üçün "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsini davamlı həyata keçirməyi planlaşdırır. Bu məqsədlə əlyazma kolleksiyaları olan muzey, qoruq, ayrı-ayrı şəxslər müəyyən edilir, onların kolleksiyaları elyazma.az internet səhifəsində pasportlaşdırılır. Elyazma.az internet səhifəsinin məlumat bazası zənginləşdikcə dünya yaddaşımız daha da möhkəmlənəcək, alimlər üçün qaynaq rolunu oynayacaqdır.

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər