BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Khan Academy Lənkəran təhsilində” layihəsi Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi tərəfindən icra olunmağa başlamışdır.
9 (doqquz) ay müddətində icra olunacaq layihənin əsas məqsədi Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbin və eləcə də S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbin ibtidai siniflərin onlayn öyrətmə platforması Khan Academy əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi və məntiqi təfəkkürü, hesab (sürətli hesablama) bacarıqlarını və yüksək IQ qabiliyyətini inkişaf etdirməkdir. Layihənin digər əsas məqsədi ilkin riyaziyyat və arifmetikanı yüksək mənimsə üçün ibtidai sinif şagirdlərində diqqət, dəqiqlik, konsentrasiya, fotomental yaddaş və yaradıcı yanaşma keyfiyyətləri formalaşmasına dəstək verməkdir.
İcra planına uyğun oktyabr ayından layihənin hazırlıq işlərinə başlanılmış, KİV, sosial mediada tanıtım, fəaliyyət haqda məlumat verilmiş, sosial şəbəkələrdə paylaşımlar edilmiş, facebook səhifəsi, WhatsApp qrupu yaradılmış, layihə heyəti və könüllülər seçilmiş, tərəfdaş qurumlarla və Khan Academy Azerbaijan-la müzakirə aparılmış və əməkdaşlıq qurulmuşdur.
Növbəti mərhələdə məktəbin müəllim və rəhbər heyətinin, layihə əməkdaşları, digər pedaqoq və ekspertlərin və eləcə də aidiyyəti qurum təmsilçilərinin iştirakı ilə layihənin ictimai təqdimatı təşkil olunacaq və keçiriləcək təlimlərdə iştirak edəcək ibtidai sinif müəllimləri üçün elanlar veriləcək, seçim üçün qeydiyyat forması - ərizə-anket yaradılacaq, tədbirlərin proqram, qiymətləndirmə və digər sənədlərinin, o cümlədən, təlim materiallarının hazırlanmasına başlanacaqdır.
Növbəti ayda isə Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbdə layihədə iştirak edəcək ibtidai sinif müəllimləri üçün mentor dəstəkli peşəkar təlim kursu keçiriləcək, onların qiymətləndirilməsi aparılacaq, pedaqoqlarla texniki məsləhətləşmə aparılacaq, layihə icrası üçün məktəbə alınacaq planşet və digər texniki vasitələrlə ibtidai sinif müəllimlər tərəfindən praktik fəaliyyətlər təşkil olunacaqdır.
Eyni zamanda layihənin KİV və sosial media üzərindən geniş PR fəaliyyəti təşkil olunacaq, sosial şəbəkələrdə təhsil işçilərinin fəallığı ilə təbliğat maarifləndirmə işləri aparılacaq və mövzuya uyğun motivasiyaedici sosial çarx hazırlanacaq və onlayn platformalarda yayılacaqdır.
Layihənin davamlılığı üçün virtual şəbəkə formalaşacaq və gələcək fəaliyyətlərə yönələn addımlar atılacaqdır.

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər