BAKU Azərbaycan
24.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sosial Tədqiqatlar Mərkəzində Özbəkistanın tanınmış düçüncə mərkəzlərindən olan Demokratik Proseslərin Təhlili Mərkəzinin sədri Əzəmət Pardayevlə görüş keçirilib.

Azərbaycana səfər edən Əzəmət Pardayev Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin əhəmiyyətindən bəhs edib. Görüşdə bildirilib ki, Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkə idi ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmurdu və Azərbaycanı dəstəkləyirdi.

STM İdarə Heyətinin üzvü, millət vəkili Elşad Mirbəşir də vurğuladı ki, Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib.

STM-in sektor müdirləri İlyas Hüseynov, Aytən Babayeva və Tural İsmayılov gələcək əməkdaşlıqla bağlı zəruri hesab etdikləri məqamlara toxunublar.

Qeyd edilib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Bu baxımdan deməliyik ki, Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri iki ölkə arasında əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı və qarşıya qoyulan hədəflərə çatmaq baxımından olduqca önəmlidir. 

STM və DPTM arasında əlaqələrin bundan sonra da davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

Bütün xəbərlər