BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanda və regionda geosiyasi proseslərdə ciddi dəyişikliklər olub. Azərbaycan dövlətinin inkişaf prioritetləri müəyyən olunub. Buna uyğun bütün sahələrdə, o cümlədən siyasi proseslərdə də inkişafa nail olunub. Bu proseslərin fonunda Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkiləri ciddi siyasi hadisə kimi tarixə düşəcək. Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bu reallıqlar bizə yeni siyasi hədəflər müəyyənləşdirmək üçün fürsətlər verdi. Keçiriləcək növbədənkənar Prezident seçkiləri məhz yeni hədəflərə doğru atılacaq mühüm siyasi addımlardan biri və ən önəmlisidir.

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. İlk dəfə olaraq biz qalib ölkə üçün prezident seçəcəyik. Vətən müharibəsində qazandığımız Qələbə seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili hər zaman önəmli rol oynayıb. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda sosial problemlər heç zaman ərazi bütövlüyü məsələsindən öndə olmayıb. Azərbaycan xalqı hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verib. Prezident olmaq istəyən namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi. 
Seçkilərin növbədənkənar keçirilməsi onun demokratikliyinə, azad və ədalətli aparılmasına heç bir mənfi təsir göstərə bilməz. Azərbaycan xalqı, səsvermə hüququ olan vətəndaşlarımız kifayət qədər savadlı, geniş dünyagörüşlüdür və ölkəmizdə siyasi savadlılıq yüksək səviyyədədir. Bu seçkiləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi də hesab etmək olar. Heç kəsə sirr deyil ki, Qarabağda əldə etdiyimiz Qələbədən sonra cənab Prezidentin siyasi nüfuzu birmənalı şəkildə yüksəlib. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız bu şüarı reallığa çevirən, bizi Qələbəyə qovuşduran ölkə rəhbərinin yanında olacaq. Hər il olduğu kimi yenə də xalqımız sülhə, inkişafa, suverenliyə səs verəcəkdir.
Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın postmüharibə dövrünün reallıqlarına uyğun olaraq yeni dövrə transformasiya olunması üçün siyasi islahatlara ciddi ehtiyacı vardır.
Bu gün radikal müxalifətin narahatlı başadüşüləndir. Yaxşı anlayırlar ki, xalq onlara səs verməyəcək. Ona görə də təxribatla məşğul olurlar. Fəaliyyətlərini əsasən sosial şəbəkə üzərində quran radikal qüvvələr başqa heç bir faydalı, maarifləndirici siyasi prosesdə fəallıq göstərmirlər. Onlar donorları qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməklə məşğuldurlar. Yaxşı başa düşürlər ki, 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan xalqı öz seçimini bir daha dəqiqləşdirdi. Ölkənin bütün müxalifət partiyaları birləşsə belə, yeni reallıqları dəyişə, xalqın iradəsinə təsir göstərə bilməyəcək.
Bütün dünyada növbədənkənar seçkilərin keçirilməsi praktikası mövcuddur. Yəni, bütün dünya ölkələrində tətbiq edilən siyasi prosesdir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Digər tərəfdən, belə bir qərarın verilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz ifadəsidir. Seçki qanunvericiliyinə əsasən ölkəmizdə seçki kampaniyası 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Məlumdur ki, ölkəmizdə müasir dövrün tələblərinə uyğun “Siyasi partiyalar haqında” Qanun qəbul edilib. İstənilən partiya bu seçkilərdə bərabər əsasda iştirak edə bilər. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar, eyni zamanda, ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
İyirmi il dövlətçilik baxımından elə də böyük bir dövr olmasa da, bu zaman keçidi xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, ölkəmizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir.
Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 


Asif ƏSGƏRLİ
YAP İdarə Heyətinin üzvü

 

Son xəbərlər

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

Bütün xəbərlər