BAKU Azərbaycan
26.73 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycanda gənclər dövlətimizə köməklik məqsədi ilə müxtəlif sosial-siyasi-iqtisadi layihələr həyata keçirirlər

 Bu gün Azərbaycan gəncləri hazırda ölkənin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayır. Azərbaycan gəncləri üçün əlamətdar hadisə olan 2 Fevral-Gənclər Günü Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə qayğısının bariz nümunəsidir. Bu gün hər il ölkədə yüksək səviyyədə qeyd edilir. 1993-cü ildə Ulu Öndərimiz hakimiyyətə gələndən sonra artıq dövlət səviyyəsində gənclər siyasəti həyata keçirilməyə başlandı. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın tərkib hissəsi olaraq Azərbaycan gənclərinin inkişafı mərhələsi başladı və müxtəlif gənclər təşkilatları yarandı. Həmçinin, 1994-cü ildə Gənclər və İdman Nazirliyi də təsis olundu. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bununla yanaşı, Ümummili liderin uğurlu təcrübəsinin inkişaf etdirilməsi ənənəsi öz effektini vermişdir. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Xüsusilə qeyd edək ki, hər zaman fəaliyyətinin bir hissəsini Azərbaycan dövlətçiliyinin inamlı və parlaq gələcəyi sayılan gənclərə həsr edən Prezident İlham Əliyev,dövləti tərəqqi yoluna çıxaran  Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini sübut edir. Ölkə gəncləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanan diqqət və qayğı Azərbaycan gəncliyinin cəmiyyətin həyatında tutduğu mövqeyin daha da möhkəmləndirilməsinə mühum təkan verməklə yanaşı, əbədi müstəqillik, milli mənafe, bərabərhüquqlu sivil cəmiyyət kimi sağlam əqidə ətrafında birləşən gənclərimizin həyatında yeni səhifə açmaqdadır. Görülən işlər onu deməyə əsas verir ki, dövlətin gənclər siyasəti geniş bir sahəni əhatə edir.

Ümumiyyətlə, dövlətimiz hər zaman çalışır ki, ölkəmizin gələcəyi olan gənclər barədə düşünülmüş addımlar atılsın.

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu mühüm əhəmiyyət kıb edir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ümummilli liderimizin “biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik” dediyi sözlər istedadlı və geniş potensiala sahib gənclərimiz üçün bir növ çağırış rolu oynamışdır. Bu fikir o zamanlar indi olduğu kimi ölkə gəncləri qarşısında geniş üfüqlər açmışıdır. Gənclər Milli Məclisin üzvü, nazir, nazir müavini və digər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkilmişdir. Gənclər  öz fəaliyyətlərində ali məqsəd kimi dövlətimizin inkişafında rol oynamaq, ölkə Prezidentinin həyata keçirdiyi siyasətə dəstək olmaqdır. Gəncələrimiz, həmçinin xarici ölkələrdə Azərbaycanın təbliğatının aparılması ilə məşğul olur.

Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan gəncləri öz intellektual səviyyələri ilə digər inkişaf etmiş ölkələrlə rəqabətə girir. Ölkəmizdə gənclərin intellektual bazası bir sıra öncül ölkələrlə bərabər səviyyədədir. Bu gün biz bunu görürük. İstər kütləvi informasiya vasitələrində işləyən, istərsə də dövlət qurumlarında çalışan gənclər, istər parlamentdə təmsil olunan, istərsə də beynəlxalq qurumlarda ölkəmizi təbliğ edən gənclər təbii ki, dövlətin qayğısını öz üzərlərində daim hiss edirlər və onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Bu yöndə Azərbaycanda gənclər dövlətimizə köməklik məqsədi ilə müxtəlif sosial-siyasi-iqtisadi layihələr həyata keçirirlər. Ölkədə olan gənclərin menecment sahəsində böyük addımlar atmaq üçün imkalar var. Bu da ixtisaslı gənc mütəxəssislərin yetişməsinə gətirib çıxara bilər. Hesab edirik ki, gənclərlə bağlı icra olunan Dövlət Proqramları onların inkişafı üçün bir pəncərə rolunu oynayıb.

Prezident İlham Əliyevin sağlam həyat tərzi və sosial proqramlar sektorunun inkişafı məqsədilə imzaladığı müfaviq fərmanlara əsasən respublika üzrə tikilib istifadəyə verilən milli olimpiya komplekslərini qeyd edərək, bu növ qurumların sağlam gənc nəslin yetişməsində, respublikamızda idman hərəkatının genişlənməsində, gənclərimizin pis vərdişlərdən ayrılmasında, onların cəmiyyətimiz üçün layiqli, fiziki və mənəvi cəhətdən güclü vətəndaş kimi formalaşmasında əvəzsiz rolu var. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Gəncliyimiz bu gün müxtəlif sahələrdə inkişaf edib. Azərbaycan gənci hər zaman istər sosial-ictimai, istər siyasi məsələlərdə öz gücünü sınayıb. Bu istək genetikdir, dövlətçiliyin qorunması tarixən ali məsələ hesab olunub. Dövlətin hər bir addımı cəmiyyətin maariflənməsinə xidmət etməlidir.  

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər