BAKU Azərbaycan
26.53 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində Ankara Böyükşəhər Bələdiyyəsinin mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində təcrübəsini öyrənir. Bu məqsədlə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 17-27 avqust tarixlərində 10 gün müddətinə Türkiyə Cümhuriyyətinin Ankara şəhərinə ezam olunub. Fariz Xəlilli Ankara Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Təbiət Sərvətləri Dairəsi İdarəsində görüşlərinə başlayıb. O, əvvəlcə idarənin rəisi Bəkir Ödəmiş ilə görüşüb. Bəkir Ödəmiş Ankar Böyükşəhər Bələdiyyəsinin mədəni irs sahəsində gördüyü işlərdən danışıb, bu sahədə ANKARA MİRAS adını brendləşdirdiklərini, bütün araşdırma, qoruma və təbliğat işlərini bu brend ilə həyata keçirdiklərini bildirib. Ankara Böyükşəhər Bələdiyyəsinin 697 arxeoloji abidə, 31 təbiət abidəsi, 10 şəhər abidəsi, 10 tarixi abidə, 6 təbiət və arxeoloji abidə, 1 tarixi və şəhər abidəsini qoruduğunu və işlətdiyini qeyd edib. Mədəniyyət və Təbiət Sərvətləri Dairəsi İdarəsi dörd şöbədən - Mədəni irsin qorunması şöbəsi, Tətbiq və təftiş şöbəsi, Tender və şəxsi məsələlər şöbəsi, Plan və layihələndirmə şöbəsindən ibarətdir. Daha sonra Fariz Xəlilliyə bərpaçılar Əhməd Sansar və Cərən Qartal "Paytaxt olmasının 100-cü ilində Ankaranın mədəni irsi" mövzusunda geniş əhatəli təqdimat ediblər. Əhməd Sansar bəzi arxeoloji qazıntıların Ankara Böyükşəhər Bələdiyyəsinin büdcəsi hesabına maliyyələşdirildiyini, qazıntılarda bələdiyyədə işləyən arxeoloq və memarların da yaxından iştirak etdiyini bildirib. Bələdiyyə "açıq qazıntı sahəsi" proqramı tərtib edərək Ankara sakinlərini aparılan qazıntılarla tanış edir və onların görülən işlərlə yaxından tanış olmalarını təşkil edirlər. Fariz Xəlillinin mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində Ankara Böyükşəhər Bələdiyyəsində görüşləri davam edir.

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər