BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə müstəqillik əldə etsək də, onu qoruyub saxlamaq qat-qat çətin idi. Ölkədə hökm sürən siyasi hərc-mərclik, kriminal ünsürlərin meydanda at oynatması, separatizm meyillərinin güclənməsi, Qarabağda baş qaldıran müharibə, ərazilərimizin işğalı və ən əsası hakimiyyətdə olan siyasi qüvvələrin səriştəsizliyi dövlətçiliyimizi uçuruma aparırdı. Azərbaycan parçalanma, məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Kənar güclər və böyük dövlətlər yaranmış faciəvi situasiyadan istifadə edərək burada öz çirkin siyasi maraqlarını həyata keçirməyə çalışırdılar. Belə çətin vəziyyətdə xalq xilaskar axtarışında idi. Bütün nəzərlər, diqqət Naxçıvana dikilmişdi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışlarını nəzərə alaraq Bakıya gəldi və siyasi idarəçiliyin sükanı arxasına keçərək ölkəni məhv olmaq təhlükəsindən xilas etdi. Dahi Lider dərhal Gəncəyə səfər edərək orada baş qaldıran qiyamı yatırtdı. Ölkənin bütün sahələrini bürüyən böhran bir-bir aradan qaldırıldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili söyləyib.

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərinin Azərbaycan xalqı üçün mühüm tarixi hadisə olduğunu deyən deputat əlavə edib: “Səsvermə hüququ olan vətəndaşlarımız seçki məntəqələrinə gedərək öz iradələrini ortaya qoydular. Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildi və qüdrətli Azərbaycan dövlətinin təməlini, inkişafa gedən yolun başlanğıcını qoydu. Ümummilli Lider 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içdi. “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”, - deyən Heydər Əliyev vədinə ömrünün sonuna qədər sadiq qaldı. Daxildəki hərc-mərcliyi aradan qaldırandan sonra Ulu Öndər cəbhədə atəşkəsə nail oldu, pərən-pərən düşmüş ordumuzu yenidən qurdu, nizami hərbi hissələr yaradıldı. Silahlı qüvvələrimiz demək olar ki, yenidən quruldu. Səriştəsiz, siyasi iddialarla alışıb-yanan “komandirlər” ordudan uzaqlaşdırıldı, vətənpərvər, peşəkar zabitlərimiz qoşun növlərinə cəlb olundular. Bu addımlar atılmasaydı, qana susamış, yeni ərazilər tutmaq sevdası ilə yaşayan erməni separatçıları digər ərazilərimizi də işğal edəcəkdi, qaçqın və məcburi köçkünlərin sayı bir neçə dəfə artacaqdı.

Deputat bildirib ki, “siyasət qrossmeysteri”, “siyasət patriarxı” və digər bu kimi fəxri adlarla tarixə düşən Dahi Liderin siyasi iradəsi, dərin zəkası, ensiklopedik biliyi onun opponentləri tərəfindən də etiraf olunub: “Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində düşmənin təhlükəli planlarının qarşısı alındı. İctimai-siyasi sabitlik bərpa edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı. Bütün bunlar sosial-iqtisadi sahələrdə islahatların aparılmasına imkan verdi. Ulu Öndər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelini gerçəkləşdirdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın iqtisadi təhlükəsizliyi beynəlxalq qarantiyaya alındı. 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilə imzalandı, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft kəmərləri ilə dünya bazarına çıxarıldı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi də Dahi Liderin qətiyyətli mövqeyinin nəticəsində mümkün oldu. Dövlətin strateji yolu demokratiyaya, sərbəst iqtisadiyyat prinsiplərinə söykəndi. Ulu Öndərin qeyd etdiyi kimi, demokratiya bizim üçün xaricdən gətirilmə bir dəyər deyildir, bu, Azərbaycan xalqının öz istəyidir, onun özünün müəyyən etdiyi, getmək istədiyi yoldur”.

Milli ideologiyanın formalaşması üçün Ümummilli Liderin yaratmış olduğu azərbaycançılıq ideologiyasının bütün dünyada yaşayan azərbaycanlıları bir amal, bir bayraq, vahid ideologiya ətrafında birləşdirdiyini deyən T.Mirkişili əlavə edib: “1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, Konstitusiya Məhkəməsi, Ombudsman və digər mühüm təsisatlar yaradıldı, ölüm hökmü ləğv edildi. Bütün bunlar bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsində mümkün oldu. Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində mühüm işlər həyata keçirildi. Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələri ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinə səbəb oldu”.

Deputat əlavə edib ki, Ümummilli Liderin əzmkar xarici siyasəti sayəsində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında həll edilməsi üçün aparılan işlərin xeyli müsbət nəticələri oldu: “Hüquqi faktlar qarşısında qalan beynəlxalq təşkilatlar qətnamələr qəbul etməklə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Ulu Öndər heç zaman Qarabağ məsələsində Ermənistana güzəştdə getmədi, təzyiq və təkliflər qarşılığında kompromis sənədlərə imza atmadı. Tarixi şəraiti düzgün qiymətləndirən, çətin situasiyalarda belə dözümünü qoruyub saxlayan Heydər Əliyev fenomenallığı Qarabağ məsələsində də öz müsbət nəticəsini verdi. O, yaxşı bilirdi ki, Ermənistan Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaya bilməyəcək, ərazi bütövlüyümüz təmin olunacaq. Çünki Azərbaycan xalqının gücünə, gənclərimizin vətənpərvərliyinə, yaradılan Silahlı Qüvvələrimizin qüdrətinə inanırdı. Ən əsası bilirdi ki, onun başa çatdıra bilmədiyi missiyanı tamamlayacaq yetişdirdiyi sərkərdə var. O sərkərdə sonradan böyük zəfərlərə imza atacaq İlham Əliyev idi. Doğrudan da Prezident İlham Əliyev əsl azərbaycanlı oğlu kimi ata nəsihətini böyük ustalıqla, güclü siyasi iradə ilə həyata keçirdi. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır, çünki Azərbaycanın üçrəngli Bayrağı Şuşada, Xankəndidə, Xocalıda dalğalanır”.

Son xəbərlər

Qarabağ Zəfərinin zirvəsi

Şuşa şəhəri günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu

Məhəbbət İbrahimovanın yaradıcılıq gecəsi – Ziyalılıq, vətənpərvərlik və qadın qüdrətinin təntənəsi

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti

Konstitusiyamızın 30 illiyi – hüquqi dövlət quruculuğunun təntənəsi

Rusiyada Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş sənədli film çəkilib

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

Krasnoyarsk diyarının qubernatoru diaspor rəhbərini təltif edib

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyi qeyd olundu

AYB-nin üzvü Koreya Respublikasının televiziya kanalına müsahibəverib

Zəfərin davamı – güclü sosial dövlət

8 Noyabr – Azərbaycanın Şanlı Zəfər Günü

Müstəqilliyin və qürurun rəmzi

“Qarabağ Azərbaycandır!”

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

İlk hərbi təyyarəçimiz Milli Qəhrəman adına layiq görülüb -SƏRƏNCAM

Zəfərə həsr olunmuş musiqili videoçarx

ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!

Binəqədidə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib

Bayraq- milli kimliyimizin, suverenliyimizin və qürurumuzun simvolu

Zəfər Günü bayramına təsadüf edən doğum günü

QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunda fəaliyyətini gücləndirir

“Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” videoçarxı nümayiş etdirilib

Ayan Məmmədli: Bu forum mədəniyyət adamları üçün mühüm platformadır

Elm milli inkişafın strateji dayağı kimi

Kitabxanada “Uşaq hüquqları aylığı” çərçivəsində rəsm müsabiqəsi təşkil olunub

Azərbaycan elminə dövlət qayğısı ildən-ilə artır

Bütün xəbərlər