BAKU Azərbaycan
23.9 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məlumat üçün bildiririk ki, 1 avqustdan başlayaraq Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” layihəsinin icrasına başlayıb. Layhə çərçivəsində oktyabrın 11-də Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici dərs keçirilib.

Tədbirin qonaqları Mirzə Ələkbər Sabirin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, dosent Sevda Tahirli, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva və layihə üzrə ekspert, jurnalist Fuad Hüseynzadə olublar.

Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski və TEC üzvlərinin iştirak etdiyi tədbir Azərbaycan dilinin təbliği və milli poeziyamızda satirik məktəbin yaradıcısı Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr edilmiş maarifləndirici çıxışlarla yadda qalıb.

Tədbiri giriş sözü ilə Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov açaraq şairin əsərlərində qələmə aldığı problemlərin bu gün də aktuallığını qoruyub saxladığını qeyd edib.

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli məruzəsində rəhbərlik etdiyi fondun Sabir irsinin tədqiqi və təbliği istiqamətində gördüyü işlər haqqında məlumat verib. Sevda Tahirli bildirib ki, dahi şairin 155 illiyi münasibətilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsi uğurla həyata keçirilib: “Layihə çərçivəsində Sabirə aid olub müxtəlif mənbələrdə yer alan material və məlumatlar toplanaraq vahid baza yaradılıb. Sabir yaradıcılığının zirvəsi olan “Hoppopnamə” əsəri tələbələr tərəfindən audivizual şəkildə səsləndirilib. Gələcəkdə bu kimi layihələrdə Azərbaycan Universitetinin tələbələri də iştirak edə bilərlər”.

Fond prezidenti Sevda Tahirli çıxışında “Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” layihəsinin əhəmiyyətindən də danışıb. O, KİV nümayəndələri arasında dil barəsində düzgün bilik və təsəvvür formalaşdırmaq, mediada davamlı yol verilən qüsurları aradan qaldırmaq, ölkədə dilin saflığına məsul qurumlarla birgə önləyici, təbliğati və maarifləndirci tədbirlərin təşkili layihənin əsas məqsədi olduğunu deyib:  “Bizim dilimizi bizdən uzaqlaşdıran məqamara yol vermək olmaz. Dilimizi müdafiə etmək lazımdır. Dilin qorunması vacibdir. Gənclərin dilə yanaşması və tələbləri aktuallaşır. Dilin düzgün istifadəsi önəmli məsələdir. Gənc nəsilə də dilimizin norma və qaydalarına riayət etmələri aşılanamıldır. Ümumiyyətlə, belə tələbbüslərin sayı artırılmalıdır. Bir az bu məsələlərdə tələbələrin də aktiv olmasını arzu edirəm”.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva media məhsullarında, in­ter­­net resursla­rında və reklam daşıyıcılarında dövlət dilinin tətbiqinə nəzarəti, eyni zamanda Azərbaycan dilinin fonetik, lek­sik-semantik və qrammatik normalarına riayət olunmasını, üslubi im­kan­larından yetərincə istifadəni təmin etmək istiqamətində görülən işlərdən danışıb: “Monitorinq zamanı ədəbi dil normalarının pozulması ilə bağlı materialların toplanılması, araşdırılması, təhlilinin aparılması, sis­­temləşdirilməsi, aşkar olunan norma pozuntularının aradan qal­dı­rıl­ma­sı üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və ai­diy­­yəti üzrə təkliflərin verilməsi fəaliyyətimiZin tərkib hissəsidir”.

Günel Hacıyeva qeyd edib ki, dövlət dilimizin tətbiq olunduğu hər bir sahədə ədəbi dilin bütün normalarına ria­yət edilməsi son dərəcə vacib məsələlərdəndir: “Möv­cud problemlərin məzmun və forma baxımından doğru maarif­lən­dir­mə yolu ilə həllini təklif etmək və aşkar olunmuş qüsurları tarixən sabitləşmiş dil nor­ma­­larına uyğun formaya istiqamətləndirmək eyni dərəcədə əhəmiyyətli məsələlərdəndir. Apa­rdığımız monitorinqlərin nəticələrinə əsaslansaq, faktların təhlili za­­manı çox sayda orfoepik, orfoqrafik, lek­sik, qrammatik norma pozun­tu­larına, eyni zamanda yanlış ifadələrə, tər­cü­mə zamanı yol verilən üslubi xətalara rast gəlinir. Ayrı-ayrı səs­lərin, sözlərin, ifadələrin, qrammatik for­ma­ların yanlış tə­ləffüzü, vurğunun yerində işlədilməməsi halları, gündəlik nitqimizdə tez-tez istifadə etdiyimiz bəzi sözlərin yanlış tələffüzü da­ha çox müşahidə olunur”.

Ümumi olaraq çıxışlarda gələcəyin filoloq və jurnalistləri ədəbi dil normalarına riyaət etmələri üçün maarifləndirililib.

Sonda Mirzə Ələkbər Sabirin 1910-cu ildə ədəbiyyatşünas, publisist və jurnalist Salman Mümtaza verdiyi ilk və yeganə müsahibə səsli olaraq tədbir iştirakçılarına təqdim olunub. Xatırladaq ki, müsahibəni professor Şirməmməd Hüseynov 2002-ci il aprelin 20-də “Günay” qəzetində dərc edib.

   

      

Son xəbərlər

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Bütün xəbərlər